Macarıstanın təhlükəsizliyinə zəmanət verilməlidir. İndiki vəziyyətdə ən başlıca məsələ budur. Biz aydın şəkildə bildirmişik ki, Macarıstan bu müharibədə iştirak etməyəcək və onun müharibəyə cəlb olunmasına imkan verməyəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxış edib.

“Biz Macarıstana gələn qaçqınlar üçün lazımi şəraiti təmin edəcəyik”, - Siyarto bildirib.

Siyarto qeyd edib ki, mühüm məsələ sanksiyalar paketinin Macarıstanın enerji təchizatına təhdid yaratmaması və əlavə xərclərin azaldılması üzrə qazanılmış uğurların qorunub saxlanılmasıdır.

Bu gün BMT-nin Baş Assambleyası Rusiyanın Ukraynaya hərbi hücumunu qınayan qətnamə ilə bağlı səsvermə keçirəcək.

Axar.az xəbər verir ki, BMT-nin mənzil-qərargahında 90 ölkənin dəstəklədiyi qanun layihəsi 193 üzv dövlət tərəfindən səsverməyə çıxarılacaq.

Layihəsinin həmtəqdimatçıları arasında olan Türkiyə mətnə ​​töhfə verən əsas qrup ölkələrdən biri olub.

Qətnamədə Rusiyanın Ukraynaya hücumları qəti şəkildə pislənilib, Moskvanın bütün hərbi qüvvələrinin Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Əgər Avropa ölkələri Polşa aeradromlarından qırıcıları qaldırmaqla Rusiyaya qarşı əməliyyatlara başlasa, Moskva həmin nöqtələrə zərbələr endirəcək.

Axar.az xəbər verir ki, bu sözləri Yaxın Şərq və Mərkəzi Asiyanın Tədqiqi Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik Semyon Baqdasarov “Rossiya 24” kanalının efirində deyib.

“İndi bizim əsas işimiz gələcəyi düşünməkdir. Rusiya ordusu qoyulmuş tapşırıqları pis-yaxşı edə bilir. Ukraynanı tam olaraq nəzarətimiz altına götürdükdən sonra nə edəcəyik? Bu ölkənin rəhbərliyinin əsas məqsədi Rusiyanı məhv etməkdir. Amma biz Ukraynada nəzarəti ələ keçirdikdən, orada Rusiyaya qarşı adekvat rəhbərlik təyin olunduqdan, Kiyevin heç bir hərbi alyansın tərkibinə keçməyəcəyinə dair zəmanət aldıqdan sonra bu dövlətdən çıxacağıq. Biz Ukraynanı zəbt etmirik, sadəcə özümüzü qoruyuruq”, - deyə o qeyd edib.

Bu gün Kiyev, Xarkov, Odessa, Zaporojye və Lvovdan can Azərbaycan vətəndaşlarının da daxil olduğu 2 604 qardaşımız yola düşüb. Beləliklə, təxliyə etdiyimiz vətəndaşların sayı 8 050 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında bildirib.

“Vətəndaşlarımızın təhlükəsiz təxliyəsi üçün planlarımız davam edir”, - Çavuşoğlu qeyd edib.

Avropa Birliyinin (AB) daimi nümayəndələri Rusiyaya qarşı bir sıra sanksiyaları təsdiqləyiblər.

Axar.az xəbər verir ki, bu barədə AB Şurasının məlumatında deyilir.

Bildirilib ki, “Sputnik” və RT-nin AB ölkələrində yayımının qadağan olunması təsdiqlənən sanksiyalar sırasındadır.

Çeçenistanın Ukraynada ölən hərbçilərinin ailələri 1 milyon, federal büdcədən də 1 milyon rubl (ümumilikdə təxminən 18,4 min dollar) təzminat alacaq.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Qeyd edək ki, bundan öncə Kadırov Ukraynada 2 çeçen əsgərinin ("kadırovçu"lar) öldüyünü, 6-nın yaralandığını bildirmişdi.

Rusiyanın hücumunun son dəqiqələrinə kimi məndən daim rus ordusunun qarşısının alınması yolları ilə bağlı məlumatlar əldə etmək istəyirdilər. Bu, xoşuma gəlmirdi.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya hücumuna hazırlığın detalları haqda danışarkən deyib.

“Bütün məlumatlar maksimal dərəcə gizlədib ki, silahlı qüvvələr Rusiya ordusuna həlledici zərbə vursun. Dövlətin müdafiəsi üçün 6 müxtəlif plan hazırlanıb. Görürsünüz, ordumuz necə işləyir, biz hər şeyə hazırlaşmışıq”, - deyə Zelenski bildirib.