Əgər Avropa ölkələri Polşa aeradromlarından qırıcıları qaldırmaqla Rusiyaya qarşı əməliyyatlara başlasa, Moskva həmin nöqtələrə zərbələr endirəcək.
Axar.az xəbər verir ki, bu sözləri Yaxın Şərq və Mərkəzi Asiyanın Tədqiqi Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik Semyon Baqdasarov “Rossiya 24” kanalının efirində deyib.
“İndi bizim əsas işimiz gələcəyi düşünməkdir. Rusiya ordusu qoyulmuş tapşırıqları pis-yaxşı edə bilir. Ukraynanı tam olaraq nəzarətimiz altına götürdükdən sonra nə edəcəyik? Bu ölkənin rəhbərliyinin əsas məqsədi Rusiyanı məhv etməkdir. Amma biz Ukraynada nəzarəti ələ keçirdikdən, orada Rusiyaya qarşı adekvat rəhbərlik təyin olunduqdan, Kiyevin heç bir hərbi alyansın tərkibinə keçməyəcəyinə dair zəmanət aldıqdan sonra bu dövlətdən çıxacağıq. Biz Ukraynanı zəbt etmirik, sadəcə özümüzü qoruyuruq”, - deyə o qeyd edib.