Moskva Montrö Konvensiyası üzrə Ankara ilə daimi təmasdadır və əmindir ki, bütün maraqlara hörmətlə yanaşılacaq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.

“Bu məsələ ilə bağlı türkiyəli həmkarlarımızla daim əlaqə saxlayırıq. Düşünürəm ki, bu gün üçün deyilə biləcək hər şey budur, amma əminəm ki, biz birlikdə bütün maraqlarımıza, bütün istəklərimizə hörmət ediləcəyi və reallaşacağı bir vəziyyətə gələ bilərik”, - Yerxov söyləyib.

Qeyd edək ki, Türkiyə bütün sahilyanı və sahilyanı olmayan ölkələrin hərbi gəmilərinin boğazlardan keçməsini qadağan edib.

Rusiya Ukraynaya qarşı "deepfake" texnologiyasından istifadə etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi təxribat üçün Ukrayna Prezidenti Vladimir Zelenskinin görüntülərindən istifadə edərək saxta videolar hazırlayır.

Süni intellektə əsaslanan insan imicinin sintezi metodu olan "deepfake" texnologiyası çaxnaşma salmaq, ordunu təslim olmağa və əhalidə ruh düşkünlüyü yaratmağa yönəlib.

Türkiyə Amerikanın hər dediyini təsdiqləyən ölkə deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Krımın daimi nümayəndəliyinin rəhbəri, Krım baş nazirinin müavini Georgi Muradov deyib.

O, Türkiyənin müstəqil xarici siyasət yürütdüyünü və böhranda ən azından neytral qalmasını gözlədiklərini vurğulayıb:

“Türkiyə hökumətinə qarşı bəzi qruplar ABŞ dəstəyi ilə dövlət çevrilişinə cəhd etdilər. Biz o zaman dostluğumuzu göstərdik və Türkiyənin də Rusiyaya qarşı eyni hissləri bəsləməsini gözləyirik”.

Hazırda Belarus silahlı qüvvələrində səfərbərlik tədbirləri həyata keçirilmir.

Axar.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Belarus vətəndaşlarına yaşayış yeri üzrə hərbi komissarlıqlardan gələn bildirişlər onlara planlaşdırılan təlimlərdə iştirak barədə məlumat verir və heç bir halda Donbassda xüsusi əməliyyatla bağlı deyil.

Türkiyə NATO üçün sıradan bir ölkə deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"NATO üzvü olması, Ukrayna və Rusiya ilə yaxın münasibətləri Türkiyənin diplomatik baxımdan açar rolunu oynayan ölkə olduğunu bir daha vurğuladı. Bu gün bir daha göründü ki, Türkiyəsiz NATO olmaz", - Altun vurğulayıb.

Almaniya Bundestaqının vitse-prezidenti Aydan Özoğuzu qəbul etdik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.

O bildirib ki, görüş zamanı Almaniya ilə əlaqələr və Ukraynadakı proseslər müzakirə edilib.