Türkiyə Amerikanın hər dediyini təsdiqləyən ölkə deyil.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Krımın daimi nümayəndəliyinin rəhbəri, Krım baş nazirinin müavini Georgi Muradov deyib.
O, Türkiyənin müstəqil xarici siyasət yürütdüyünü və böhranda ən azından neytral qalmasını gözlədiklərini vurğulayıb:
“Türkiyə hökumətinə qarşı bəzi qruplar ABŞ dəstəyi ilə dövlət çevrilişinə cəhd etdilər. Biz o zaman dostluğumuzu göstərdik və Türkiyənin də Rusiyaya qarşı eyni hissləri bəsləməsini gözləyirik”.