Kiyev rejimi tərəfində əsl qatillər döyüşür.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.
Qeyd edək ki, Ukrayna lideri Zelenski xarici ölkə vətəndaşlarının rus ordusuna qarşı döyüşlərə qatılması üçün əcnəbi legionların yaradılmasına razılıq verən qərarı imzalayıb. Bundan sonra bir çox ölkədən muzdlular Ukraynaya axışır.
Bir neçə dəfə Ukraynada olmuşam, ukraynanlılar məni, mən də onları sevirəm.
Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Mən Ukrayna xalqının düşmənlərini sevmirəm. Ukrayna xalqını müdafiə etmək üçün xalqa normal həyat sürməyə imkan verməyən o şeytanlara qarşıyam. Tapşırıq budur”, - Kadırov bildirib.
Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan danışıb.
İmmunitetin zəiflənməsinin səbəbi düzgün olmayan qidalanma ola bilər.
Vaşinqton əvvəlki kimi Moskva ilə təhlükəsizlik sahəsində istənilən narahatlığını müzakirə etməyə hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.
O bildirib ki, ABŞ bu mövqeyini ötən ay dəqiq şəkildə nümayiş etdirib.
Dünya Ukraynada insan iztirablarına son qoyulmasını istəyir.
Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə barədə danışarkən deyib.
“Baş katib kimi mənim borcum bu qətnamənin arxasında durmaq və onun çağırışını rəhbər tutmaqdır”, - Quterreş qeyd edib.
Biz Rusiya ilə döyüşmürük.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.
O bildirib ki, Ukraynada müharibə Avropada “boşluq” yaradıb:
“Məhz Putin bir-birinin ardınca beynəlxalq öhdəliklərə xəyanət edərək müharibəni seçdi. Bu, bəzilərinin bizim düşünməyimizi istədiyi kimi Qərb-Rusiya müharibəsi deyil. Ukraynada NATO bazası yoxdur. Yalandır. Rusiya təcavüzkardır. Bu müharibə nasizmə qarşı müharibə deyil. Yalandır”.
2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub.
UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5 - 6 noyabrda gerçəkləşəcək.
2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçılığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub.