Slovakiyada NATO-nun 1200 əsgəri yerləşdiriləcək.
Axar.az xəbər verir ki, məlumatı “Pravda” qəzeti yayıb.
Həmçinin, ölkəyə 1 milyard avro dəyərində hərbi texnika göndəriləcək.
Məqsəd Ukrayna hadisələri ilə əlaqədar NATO-nun şərq hissəsi ölkələrinin təhlükəsizliyinin gücləndirilməsidir.
Eyni zamanda, Slovakiyada Almaniya və Niderlandın “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.
NATO hərbçiləri ölkədə kibertəhlükəsizliyin təmin edilməsinə cəlb olunacaqlar.
İrpendən təxliyə zamanı rus qoşunları dinc əhaliyə atəş açıb.
Axar.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.
Məlumata görə, ikisi uşaq olmaqla azı üç nəfər ölüb, daha bir nəfərin vəziyyəti ağırdır.
Ukraynanın işğalı müvəqqətidir, ona görə də Rusiya hərbçilərini ölkədən çıxarmaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib.
O qeyd edib ki, şəhəriniz işğal olunanda etiraz etmək xüsusi qəhrəmanlıqdır. Zelenski işğalın müvəqqəti olduğunu vurğulayıb.
Prezident rusların daxil olduğu bütün şəhərlərdə ukraynalıları hücuma keçməyə çağırıb:
"Biz bayıra çıxmalıyıq. Fürsət olduqca mübarizə aparmalıyıq. Xersonda olduğu kimi. Berdyanskda olduğu kimi. Melitopolda olduğu kimi. Konotopda olduğu kimi. Çölə çıxıb bu şərri şəhərlərimizdən qovmalıyıq”.
“Düşməndən geri alınan hər metr ərazimiz qələbəyə doğru bir addımdır, hücuma keçin”, - Ukrayna lideri söyləyib.
ABŞ Prezidenti Co Bayden gözlənilmədən Ukraynada aparılan müharibə ilə bağlı Rusiya vətəndaşlarına müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Bayden Tvitter səhifəsində yazıb.
“Mən inanmıram ki, siz Ukraynaya qarşı qanlı, dağıdıcı müharibəni istəyirsiniz. Ukrayna elə bir ölkə və xalqdır ki, sizi dərin ailə, tarix və mədəni bağlar birləşdiri”, - ABŞ lideri yazıb.
“Speys X” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask dünən Ukraynada aktivləşdirdiyi peyk internet sistemi layihəsi olan "Starlink"də rus xəbər mənbələrini bloklamayacağını açıqlayıb.
Axar.az xəbər verir ki, amerikalı iş adamı bu barədə Tvitter səhifəsində yazıb.
O, bəzi dünya liderlərinin Ukraynada açılan peyk internet sistemi "Starlink"ində Rusiya xəbər mənbələrini bloklamaq istədiyini bildirib.
Sözügedən tələbin Ukraynadan gəlmədiyini vurğulayan Mask silahla təhdid edilmədikcə belə bir şey etməyəcəyini qeyd edib:
"Mütləq ifadə azadlığı tərəfdarı olduğum üçün təəssüf edirəm".
Biz təkcə Ukraynanı deyil, Avropanın təhlükəsizliyini və hazırkı dünya nizamını müdafiə edirik.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
O, Rusiya banklarının SWIFT sistemindən çıxarılması, Avropa limanlarının Rusiya gəmiləri üçün bağlanması, Rusiyanın kriptovalyutalara çıxışının qarşısının alınması və yeni sanksiyaların tətbiq olunduğunu bildirib.
Kuleba Rusiya neftinin alınmasına son qoyulması kimi yeni sanksiyalar tələb etdiklərini vurğulayıb.
Ukrayna və Rusiya böhranında mövqeyimizi görürsünüz. Biz sülh tərəfdarıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Qurtulmuş deyib.
"Qara dəniz müharibə gölü deyil, ümid edirik ki, sülh mühiti olacaqdır. Biz həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər saxlayan bir ölkə olaraq, hansısa formada ölkələr arasında vasitəçilik edə və ünsiyyət qura biləcək mövqeyimizi qorumağa çalışırıq. Həll meydanda deyil, masadadır. Bu müharibə ən qısa zamanda sülhlə sona çatacaq və Türkiyənin də daxil olduğu bu coğrafiyanın daha böyük bədəllər ödəməsinin qarşısı alınacaq", - Qurtulmuş bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlunu qarşılayıb.
Axar.az xəbər verir ki, daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.
XİN başçılarının görüşündə regional məsələlər, həmçinin Ukrayna ətrafındakı durumu müzakirə olunur.
“Speys X” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask Ukraynaya dəstəyini ifadə edib.
Axar.az xəbər verir ki, amerikalı iş adamı bu barədə Tvitter səhifəsində yazıb.
O, ardıcıl olaraq iki status paylaşaraq, “Ukraynanı güclü tutun” və “Müharibənin əleyhinə olan böyük Rusiya xalqına rəğbətimi bildirirəm” cümlələrini yazıb.