Ukraynada mülki əhalinin təxliyəsi üçün elan edilmiş atəşkəs rejimini alqışlayırıq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Tvitter səhifəsində yazıb.

"Prezidentimizin rəhbərliyi altında təşəbbüslərimizi davam etdirəcəyik ki, atəşkəs daimi olsun, sülh danışıqları nəticə versin", - Kalın bildirib.

Rusiya Ukraynada 2396 hərbi obyekti məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2396 hərbi infrastruktur obyekti məhv edilib. Onların arasında Ukrayna silahlı qüvvələrinin 82 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 119 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksi, həmçinin 76 radar stansiyası var”, - deyə Konaşenkov bildirib.

O əlavə edib ki, həmçinin 827 tank və digər zirehli maşınlar, 84 yaylım atəşli reaktiv sistem, 304 artilleriya və minaatan qurğusu, 603 xüsusi təyinatlı hərbi texnika, o cümlədən 78 pilotsuz uçuş aparatı da məhv edilib.

ABŞ Konqresi bu həftə Ukraynaya 10 milyard dollar ayrılması məsələsini müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosi mediaya açıqlamasında deyib.

Pelosi bildirib ki, ABŞ lideri Co Bayden Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün 10 milyard ayrılmasını istəyib:

“Konqresin bu fövqəladə maliyyə yardımını təsdiqləyəcəyi gözlənilir”.

Pelosi Rusiyanın təcridi üçün layihə təkliflərinə də baxılacağını bildirib.

Ukraynanın ucsuz-bucaqsız ərazisində "əlimizə düşməyən" kadırovçular! Rusiya təbliğatı əsəbi şəkildə kadırovçuların Ukraynaya gələrək hər kəsə dərs verəcəyini bildirir. Mən açıq şəkildə Ramzan Kadırova müraciət edirəm: Niyə Çeçenistanda oturursunuz? Ukraynaya, yəni bizə gəlin. Kiyevə, Xarkova və ya Mariupola hücuma rəhbərlik edin və Putinə məharətinizi və sədaqətinizi İnstaqramda deyil, döyüş meydanında göstərin.

Axar.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Çeçenistanın rəhbəri Ramzan Kadırova açıq müraciət edərkən deyib.

O qeyd edib ki, bütün insanlar əvvəl-axır öləcək:

"Amma indi Ukrayna hərbçiləri qəhrəman kimi ölür, ruslar və çeçenlər isə pis çəyirtkələr kimi öləcəklər. Yenə də deyirəm, bütün insanlar əvvəl-axır öləcək - ruslar, çeçenlər və ukraynalılar da. Ancaq ukraynalılar öz evlərini, torpaqlarını müdafiə edərək qəhrəmanlar kimi ölürlər! Siz isə - ruslar, çeçenlər və başqaları burada özgəsinin evini çirkincəsinə soymağa gələn pis çəyirtkə kimi məhv olacaqsınız. Çeçenlər və başqaları haqqındakı nağıllardan qorxmayın. Bizim güllələrimiz, "Qrad"larımız, artilleriyamız, ATGM-lərimiz bütün digər işğalçılar kimi onlara da dəyir”.

Qeyd edək ki, Ramzan Kadırov Ukrayna əsgərlərini "şeytanlara" və banderaçılara qarşı birgə mübarizəyə səsləmişdi.

Britaniya döyüşçülərindən ibarət ilk könüllü dəstə Rusiya hərbçilərinə qarşı döyüşmək üçün Ukraynaya gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Ukrayna rəsmiləri dünyanın 52 ölkəsindən könüllülərin Rusiyaya qarşı döyüşmək üçün müraciət etdiyini bildirmişdi.

2024-cü ildə həm Rusiyada, həm də ABŞ-da növbəti prezident seçkiləri keçirilməlidir. Bu gün Ukrayna üzərində gedən ABŞ-Rusiya savaşı, əslində, həm də 2024-cü ilin savaşı - Putin-Bayden duelidir.

Putin Ukraynada məğlub olarsa, bu, təkcə onun hakimiyyətdən uzaqlaşdırılmasıyla bitməyəcək, bütün Rusiyanın çöküşü demək olacaq: daxildə iğtişaşlar başlayacaq, Moskvanın qurduğu bloklar, ittifaqlar dağılacaq, Rusiyaətrafı qurşaqda isə Kremlin təsir dairəsindəki ölkələrin hamısı ondan üz çevirərək, Qərbə üz tutacaqlar...

Bayden Ukraynada məğlub olsa, bu, demokratların mövqeyinə ağır zərbə vurmaqla, respublikaçıların reytinqini artıracaq və xüsusən də Trampı haqlı çıxarmaqla, onun 2024-cü ildə təzədən hakimiyyətə qayıdışı prosesinə də çox böyük təkan verəcək...

Xatırladaq ki, ABŞ-da 2020-ci ildəki prezident seçkilərində Rusiyanın birmənalı dəstək verdiyi Trampı məğlub edən Bayden prezidentliyinin ilk aylarındaca – 2021-ci ilin martında artıq əsas hədəfinin məhz Putini hakimiyyətdən salmaq olduğunu rəsmən elan etmişdi: o, ABC telekanalına müsahibəsində Rusiya prezidentini “qatil” adlandırmışdı...

Bu gün Ukrayna prezidenti Zelenskinin Rusiyaya qarşı inadlı müqavimətini, dirənişini təşkil etməklə, Bayden məhz Putin haqda söylədiklərinə “dəlil-sübut” toplayır: artıq bütün dünya boyu Putinin işğalçı və qatil imici yaradılır, onun əsəblərinin dözməyərək sonda dinc Ukrayna əhalisini kütləvi qırmağa təhrik edən əmrlər verməsinə və son nəticədə də Haaqa tribunalına çıxarılmasına ciddi hüquqi zəmin hazırlanır...

Bu işdə Zelenski qoca Baydenə ikinci dəfə öz misilsiz xidmətini göstərir.

Xatrıladaq ki, Zelenskinin prezidentliyinin ilk aylarında – 2019-cu ilin avqusutunda ovaxtkı ABŞ prezidenti Trampla telefon danışığı olmuşdu və sonradan mətbuata sızdırlan həmin telefon danışığı üzə çıxarırdı ki, Tramp Zelenskidən gələcək rəqibi olacaq Baydenin Ukraynada bizneslə məşğul olmuş oğlu Hanterin barəsində “çirkli pulların yuyulması” ilə bağlı cinayət işinin təzələnməsini istəyib.

Zelenski isə bu işi Baş prokurorluğa həvalə etdiyini desə də, Trampa heç bir əsaslı dəlil-sübut təqdim etməmiş, beləliklə, Baydenin seçilməsində maraqlı olduğunu ifadə etmişdi...

Bayden prezident seçildikdən sonra isə Zelenskinin bu xidməti unudulmadı, ona ABŞ-ın dəstəyi daha da artdı və nəticədə, Rusiyanın gözləntilərinin əleyhinə olaraq, Zelenski Donetsk və Luqanskla bağlı seçkiqabağı vədlərindən geri çəkildi, Putinə qarşı cinahda - Baydenin yanında yer almağa üstünlük verdi...

Bu da nəticəsi. Gözəl və mübariz Ukrayna xalqının qurbanlıq edilməsi üzərindəki savaşın artıq 12-ci günü gedir...