Ukraynada mülki əhalinin təxliyəsi üçün elan edilmiş atəşkəs rejimini alqışlayırıq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Tvitter səhifəsində yazıb.
"Prezidentimizin rəhbərliyi altında təşəbbüslərimizi davam etdirəcəyik ki, atəşkəs daimi olsun, sülh danışıqları nəticə versin", - Kalın bildirib.