Son xəbərlər

İndiyədək ərazimizdə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontigentinə komandanlıq etmiş şəxslər uğursuz və general rütbəsinə layiq olmayan insanlardır. Onlar öz vəzifələrini bir kənara qoyub, tamam başqa işlərlə məşğul olublar.

Bu sözləri Axar.az-a açıqlamasında ölkəmizin ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının komandanı Andrey Volkovun fəaliyyətini şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnikin sözlərinə görə, Bakı Volkov haqqında şikayətlərini artıq rəsmi şəkildə qarşı tərəfə çatdırıb və yaxın bir neçə gün ərzində dəyişikliklər gözlənilir:

“Keçmiş komandan Rüstəm Muradovun insan alveri ilə məşğul olduğunu başqa mətbuat orqanlarında dilə gətirmişəm. Yəni, Muradov erməni analarını müəyyən məbləğ qarşılığında terrorda ittiham edilən övladlarını geri gətirəcəyinə inandıra bilib, müxtəlif tanışlarından pul alıb. Hətta yadınızdadırsa, o, komandan olmadığı dövrdə də bir neçə dəfə Azərbaycana uçub. Hazırki komandan Andrey Volkov isə səhərdən axşama kimi sərxoşluq edir. Gələn məlumatlara görə, o, sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində üzümçülüklə, baramaçılıqla məşğuldur. Ermənilər də onu yedirdib içirdirlər, arada öz əxlaqsızlarını qəbuluna göndərirlər, özləri isə nə gəldi edirlər. Baş verən atışmalar birbaşa Volkovun “xeyir-dua”sı ilə olur. Çünki orada heç kim özbaşına deyil. Əldə olan informasiyaya görə, Azərbaycan həm diplomatik, həm də Müdafiə Nazirliyi səviyyəsində Volkovun dəyişdirilməsi üçün rəsmi Moskvaya müraciət edib. Lakin hələ vəziyyət qarışıq olduğu üçün qərarın verilməsi bir az uzana bilər. Digər tərəfdən yaxın saatlarda Qarabağdan, Dnestryanı ərazidən və Tacikistandan rus sülhməramlıları Ukraynada bərbad vəziyyətdə olan orduya kömək üçün göndərilə bilərlər”.

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş qismində müğənni Vasif Məhərrəmli dindirilib.

Kult.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, təqsirləndirilən şəxs ona pul vermədiyi üçün şantaj edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Ən qısa zamanda Türkiyəyə gələcəklər. Həm Rusiya, həm də Ukrayna limanlarında gözləyən gəmilərimiz var.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya limanlarındakı türk gəmiləri ilə bağlı danışarkən deyib.

“Müsbət cavablar aldıq. Ən qısa zamanda müsbət irəliləyişlər gözləyirik. Rusiya ticarət gəmilərimizin gəlişi üçün lazımi təhlükəsizliyi təmin edəcək”, - Akar vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin Misir lideri Əbdülfəttah Sisi ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, tərəflər Ukrayna krizisini müzakirə ediblər.

Misir prezidenti gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsi gərəkdiyini bildirib və münaqişənin sülh yolu ilə həllinə çağırıb.

İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, İ.Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Prezidentlər iki ölkə arasında əlaqələrin gələcək perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, dövlət başçıları Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.

Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir.

Rusiyanın 33-cü motoatıcı alayının komandiri, polkovnik-leytenant Yuri Aqarkov Ukrayna Silahlı Qüvvələri tərəfindən öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Ukrayna 24/7” Teleqram kanalında məlumat paylaşılıb.

Qeyd olunub ki, Aqarkov Rusiyanın 56-cı hava hücumu briqadasının keçmiş qərargah rəisi olub.