Son xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Co Bayden arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, liderlər arasında söhbət 45 dəqiqə davam edib. Tərəflər Ukrayna ilə bağlı son vəziyyəti müzakirə ediblər.

Qərbin Rusiyanı bir dövlət kimi məhv etmək üçün tarixi şansı var. Onlar bunu belə görürlər.

Axar.az xəbər verir ki, bu fikirləri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya” telekanalına açıqlamasında deyib.

“Bizə qarşı iqtisadi müharibə elan olunub. Onlar beş mindən çox sanksiya tətbiq ediblər. Dünyanın heç bir ölkəsi, xüsusən də qısa müddət ərzində bu qədər sanksiya almamışdı. Bu arada insanlar Rusiyanı tərk etməyə davam edir. Çıxın gedin ki, biz artıq hərəkətə başlayaq. Hamı deyirdi ki, Rusiya Ukrayna ərazisində biolaboratoriyalar haqqında hekayələr uydurur. Amma ABŞ-da dedilər ki, onlar var və onları Moskvanın əlindən qorumaq lazımdır. Afərin! Bu gün Rusiya hər şeydə günahkardır. Biz şeytanıq”, - o bildirib.

Rusiyaya sanksiyalar baxımında edə biləcəyimizi etmişik.

Axar.az xəbər verir ki, bunu AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell deyib.

O bildirib ki, söhbət Rusiya valyutasının 40% ucuzlaşmasına səbəb olan kütləvi sanksiyalardan gedir:

“Bunlar Rusiya iqtisadiyyatına ağır iz qoyacaq çox ağır sanksiyalardır”.

Onun sözlərinə görə, artıq tətbiq edəcək sanksiya demək olar ki, qalmayıb.

Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri İsgəndər-M ballistik operativ-taktiki raket kompleksi diviziyasını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Şimal” əməliyyat komandanlığından məlumat verilib.

“Çerniqov istiqamətində “Şimal” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan İsgəndər-M diviziyasını məhv edib”, - məlumatda deyilir.

Moskva öz mövqeyini, xüsusilə də Ukrayna ilə bağlı hadisələri tərəfdaşlarına çatdırır, lakin ABŞ kimi yox, biz hələ də nəzakətli insanlarıq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“İstənilən vəziyyətdə səfirlərimizi mövqeyimizlə bağlı mümkün qədər istiqamətləndiririk, diqqəti konkret faktlara yönəldirik və səfirlərimiz bu məlumatı vicdanla ölkələrin hakimiyyət orqanlarına çatdırır. Məqsəd onlarda obyektiv təsəvvür yaranmasıdır. Hansısa suveren, müstəqil, BMT üzvü olan ölkənin arxasınca qaçıb “böyük qardaş”ın sifarişini yerinə yetirməyə məcbur etmək... - bizim ənənələrimizdə yoxdur”, - Lavrov bildirib.

Ukrayna Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Zelenski 14 ukraynalı hərbçiyə “Ukrayna Qəhrəmanı” adı verilməsi ilə bağlı fərman imzalayıb.

Axar.az xəbər verir ki, “Ukrayna Qəhrəmanı” adı verilənlərdən 6 nəfəri döyüşlərdə həlak olub.

Bundan əlavə, daha onlarla hərbçi müxtəlif orden və medallara layiq görülüb.

Rusiya-Ukrayna müharibəsi Almaniyada ərzaq qıtlığına səbəb olub.

Axar.az-ın məlumatına görə, Rusiyadan ərzaq mallarının idxalı dayandırıldığı üçün marketlərdə bir çox ərzaq məhsullarının qiymətində 25 və 50 faizlik artım müşahidə edilir.

Marketlərdə günəbaxan yağı və un qıtlığı yaranıb. Bəzi marketlər çıxış yolunu sözügedən məhsullara limit müəyyən etməkdə görüblər. Belə ki, hazırda ölkədəki bir sıra marketlərdə bu məhsullardan bir dəfə və yalnız iki ədəd almaq mümkündür.

Bununla belə, bəzi istehlakçı birliklər yağ və un böhranının daha böyük problemlərə səbəb ola biləcəyini iddia edirlər.

Almaniya kimi iri bazarlara malik ölkələrdə Rusiyadan gələn mallara qadağa qoyulduğundan, ancaq bu ölkədən gələn ərzaq məhsullarını satan market şəbəkələrinin əksəriyyəti bağlanmaq təhlükəsi ilə üzləşib.