Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əsas radio kəşfiyyat mərkəzini dəqiq zərbə ilə sıradan çıxarıb.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.
"Vasilkovdakı hərbi aerodrom və Brovarıda Ukrayna Silahlı Qüvvələrinin əsas radio və elektron kəşfiyyat mərkəzi sıradan çıxarılıb", - Konaşenkov bildirib.
Dünya güclərinin region ölkələri ilə bağlı uğursuz yol xəritəsi mövcuddur.
Axar.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “İndependent Türkcə”yə açıqlamasında deyib.
O bildirib ki, Səudiyyə Ərəbistanını dörd, Türkiyəni üç, İranı da altı bölgəyə parçalamaq istəyirlər:
“Onlar region ölkələrini parçalayıb kiçik və zəif dövlətlərə çevirmək istəyirlər. Bu onların yol xəritəsidir. Bu xəritədən xilas olmağın yeganə yolu region ölkələrinin birliyidir”.
Sabiq prezident qeyd edib ki, İkinci Dünya müharibəsinin qalibi olan 5 ölkə özlərindən başqa heç bir ölkənin nüvə gücünə sahib olmayacağına dair razılıq əldə ediblər:
“Eyni şəkildə Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və İraqın güclü dövlət olmasına qarşı çıxırlar. İstəmirlər ki, ölkələrimiz güclü və qüdrətli dövlətlər olsun. Onlar düşünürlər ki, nüvə zənginləşdirməsi İranı gücləndirəcək. Bu, onların dəyişməz siyasətidir”.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu AB-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell ilə görüşüb.
Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Tərəflər Ukrayna böhranını və Kipr məsələsini müzakirə ediblər.
Erməni həmkarım Ararat Mirzoyanla görüş çox məhsuldar və konstruktiv oldu.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, daha əvvəl hər iki ölkənin xüsusi nümayəndələri 2 dəfə - Moskvada və Vyanada görüşüblər:
“Bu görüşlərdə münasibətlərimizin tam normallaşması üçün atılacaq addımlar müzakirə olunub. Bu gün bizlər də bu məsələləri bir də dəyərləndirdik. Məmnuniyyətlə demək istərdim ki, Türkiyə Cənubi Qafqazda sabitlik və sülh üçün çalışır. Bu istiqamətdəki səylərimiz hər yerdən dəstək alır. Xüsusilə Azərbaycan Ermənistan və Türkiyə arasında atılan addımlar və normallaşma prosesindən məmnundur. Ötən şənbə Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. İstənilən halda regionda sabitlik və sülh hamımızın xeyrinədir. Bu istiqamətdə addımlarımızı davam etdirəcəyik. Hörmətli Mirzoyanla da bu məsələdə razılığa gəlmişik”.
Biz ikitərəfli münasibətlərin normallaşması ilə bağlı prosesi qeyd-şərtsiz davam etdirəcəyik.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşlə bağlı danışarkən deyib.
“Hər iki ölkənin təyin etdiyi xüsusi nümayəndələr bu istiqamətdə səylər göstərirlər. Ermənistan tərəfi də bölgədə sülh üçün çalışır”, - XİN başçısı bildirib.
Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci kanal”a müsahibəsində deyib.
O bildirib ki, rəsmi Moskva ABŞ-a qarşı adekvat addımlar atacaq:
“ABŞ-a qarşı sanksiyaların siyahısı hazırdır. Rusiya tezliklə ABŞ və digər Qərb ölkələrinə sanksiyalar tətbiq edəcək. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə maskalar atılıb, artıq iqtisadi müharibə elan olunub”.
Nazir müavini Rusiyanın ABŞ-a tətbiq etdiyi sanksiyaların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını vurğulayıb.
Belarusun Ukraynaya hücum ehtimalı nisbətən aşağıdır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
“İndiyədək Belarus bizə müharibə elan etməyib, indiyədək heç bir belarus Ukrayna ərazisinə daxil olmayıb”, - Denisenko qeyd edib.
Onun sözlərinə görə, Belarusda əsl sosioloji sorğu keçirilib - əhalinin yalnız 3%-i Ukrayna ilə müharibəyə hazır olduğunu bildirib:
"Lukaşenko başa düşməyə bilməz ki, o, ordusu ilə bura yürüşə başlasa, bu, onun hakimiyyətinin sonunun başlanğıcı olacaq".
Onun sözlərinə görə, Belarus ordusu dünyanın ən güclü ordusu deyil.