Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci kanal”a müsahibəsində deyib.
O bildirib ki, rəsmi Moskva ABŞ-a qarşı adekvat addımlar atacaq:
“ABŞ-a qarşı sanksiyaların siyahısı hazırdır. Rusiya tezliklə ABŞ və digər Qərb ölkələrinə sanksiyalar tətbiq edəcək. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə maskalar atılıb, artıq iqtisadi müharibə elan olunub”.
Nazir müavini Rusiyanın ABŞ-a tətbiq etdiyi sanksiyaların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını vurğulayıb.