Rusiyaya qarşı sanksiyalar Qərbin həmişə təbliğ etdiyi bütün prinsip və yanaşmaların pozulmasıdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.
“Məhdudiyyətlər bütün dünya ticarətinə şamil edilir. Və sonda bu məhdudiyyətlər onları tətbiq edən ölkələrə qayıdacaq və bu məhdudiyyətləri tətbiq edən ölkələr də geri çəkiləcək”, - nazir vurğulayıb.
Siluanovun fikrincə, dünya iqtisadiyyatı qaçılmaz olaraq yenidən qurulacaq:
“İstənilən məhdudiyyət qlobal iqtisadiyyata ziyan vurur. Rusiya Federasiyası kimi böyük iqtisadiyyata tətbiq edilən məhdudiyyətlər şübhəsiz ki, bütün dünyada hiss olunacaq”.
ABŞ tərəfindən hər gün bəzi sahələrdə icazələr verilir və münasibətlər yaxşılığa doğru gedir. ABŞ-ın artıq Əfqanıstana təzyiq etməməsi və münasibətlərin yaxşılaşması üçün diplomatiya və ortaq anlayışın olacağına ümid edirik.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban hökumətinin xarici işlər naziri Əmirxan Muttaki açıqlama verib.
"Əfqanıstan xarici güclərdən azaddır və müstəqil siyasət aparır. Əfqanıstanın siyasəti iqtisadi yönümlüdür və ona görə də bütün dünya ölkələri ilə yaxşı münasibətlər qurmaq mümkündür", - Muttaki bildirib.
Rusiya ilə danışıqlar Qüdsdə baş tuta bilər.
Rusiya son illərin ən böyük itkisini yaşayır.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz İsrailə gedəcək.
Axar.az xəbər verir ki, bunu nazir özü ölkə mətbuatına açıqlamasında deyib.
“Bildiyiniz kimi İsrail Prezidenti İshaq Hersoq Ankarada idi. Onunla görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Enerji və təbii sərvətlər nazirimiz İsrailə gedəcək və orada bir sıra görüşlər keçirəcək” dedi. Təxminən bu səfər aprel ayında baş tutacaq”, - F.Dönməz bildirib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da aprel ayında İsrailə səfər edəcək.
İsrail hökuməti Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmalı və bu ölkənin oliqarxlarına qadağalar qoymalıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland İsrail mediasına açıqlamasında deyib.
“İsrail nə etsə, ukraynalılar alqışlayacaqlar. Eyni zamanda, Ukraynaya dəstək verən beynəlxalq koalisiya da bunu məmnuniyyətlə qarşılayacaq. Dünyanın bütün demokratik dövlətlərini Putinə tətbiq edilən ixrac məhdudiyyətləri və maliyyə sanksiyalarında ABŞ-a qoşulmağa çağırırıq. Rusiya iqtisadiyyatına zərbə vurmalıyıq. Onların ehtiyac duyduğu gəlirin qarşısını almalıyıq. Buna görə də biz bütün ölkələr kimi İsraili də ABŞ-a qoşulmağa çağırırıq”, - Nuland bildirib.
Ukraynanın Lvov şəhərinin Liçakovski rayon məhkəməsi Ali Radanın deputatı İlya Kiva ilə bağlı qiyabi həbs qərarı çıxarıb.
Axar.az Report-a istinadən xəbər verir ki, Həyat naminə - müxalif platforma partiyasının həmsədri olan İlya Kiva dövlətə xəyanət, ərazi bütövlüyünə qəsd, silahlarla qeyri-qanuni rəftar, müharibə təbliğatında ittiham olunur.
Qeyd edək ki, İ.Kivanın Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu “dost xalqımızın lideri” adlandırmışdı.
Hazırda deputatın ölkə xaricində olduğu bildirilir.
Türkiyənin Rusiya ilə Ukrayna arasındakı böhranın həlli istiqamətində göstərdiyi diplomatik səyləri alqışlayırıq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.
“Türk müttəfiqlərimiz bu prosesdə ABŞ ilə məsləhətləşmələr aparıblar. ABŞ Prezidenti Co Bayden Antalya Diplomatik Forumundan sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışmaq imkanı əldə edib. Eyni zamanda Entoni Blinken və Mövlud Çavuşoğlu arasında da telefon danışığı baş tutub. Koordinasiyalı şəkildə keçirilən bu danışıqlardan məmnunuq”, - Prays bildirib.
Türk Hava Yolları (THY) aviaşirkəti İstanbul və Sabiha Gökçen hava limanlarından 407 reysi ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq İstanbul hava limanından 357, Sabiha Gökçen hava limanından isə 50 reys reys təxirə salınıb.