Son xəbərlər

Rusiya lideri Putinin Almaniya kansleri Şoltsla danışığı dostyana ola bilməz. Bu danışıq sərt və işgüzar şəkildə keçib.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Peskov Putin və Şolts arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

O bildirib ki, dialoqa tələbat hələ də qalır.

Ukrayna hərbi vəziyyət, irimiqyaslı tənzimləmə zamanı sahibkarlar üçün 0%-lə güzəştli kreditləşdirmə tətbiq edir, vətəndaşların əmanətlərinə 100% zəmanət verir.

Axar.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski deyib.

“İstənilən biznes hərbi vəziyyət müddəti və müharibədən sonra 1 ay müddətinə 0%-lə kredit götürə biləcək. Sonra kredit minimum 5%-lə hesablanacaq. Kreditin ümumi məbləği 60 milyon qrivnaya qədər ola bilər. Məqsəd bizim proqramdan istifadə edə biləcək biznes dairələrinin daha geniş olmasıdır”, - Zelenski bildirib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynadakı son vəziyyət müzakirə olunub.

11 milyon rusun Ukrayna ilə qohumluq əlaqəsi var. Ona görə də atdığınız hər güllə qardaşa, bacıya dəyir. Prezident Vladimir Putinə səslənirəm: Sən bu müharibəni başlatdın, ona rəhbərlik edirsən. Müharibəni sən dayandıra bilərsən!

Kult.az xəbər verir ki, bu sözləri məşhur Hollivud aktyoru Arnold Şvartsenegger deyib.

“Ukraynanın işğalına küçələrdə etiraz edən bütün ruslar, dünya sizin cəsarətinizi gördü. Cəsarətinizin nəticələrini çəkdiyinizi bilirik. Həbs olundunuz, döyülmüsünüz. Siz mənim yeni qəhrəmanlarımsınız. Siz Rusiyanın əsl ürəyinə sahibsiniz”, - Şvartsenegger rus xalqına müraciətlə bildirib.

Britaniyalı ekspertlər Ukraynadakı müharibə ilə bağlı müxtəlif şərhlər səsləndiriblər.

Axar.az Ukraynada bundan sonra nələrin baş verəcəyi ilə bağlı ən çox ehtimal olunan beş ssenarini təqdim edir.

Ssenari-1. Sülh müqaviləsi

Rusiyanın bölgədəki vəziyyətinə və sanksiyalara diqqət çəkən ekspertlər bunun Moskvanı atəşkəsə vadar edə biləcəyi qənaətindədir. Rusiyanın xarici və təhlükəsizlik siyasəti üzrə ekspert Domitilla Saqramoso sülhdən danışmaq üçün hələ tez olduğunu düşünür. Putinin həll təşəbbüsləri ola biləcəyini ifadə edən Saqramoso Rusiyanın Kiyevə nəzarət etmək üçün hərbi hədəflərdə geri qaldığını vurğulayıb. Bildirib ki, Rusiya atəşkəs üçün neytrallıq modelinə işarə edir. Moskvanın bu məsələdə kompromis əldə oluna biləcəyini bəyan etməsi Ukraynanın NATO üzvlüyündən imtina etməsi deməkdir.

Plimut Universitetinin strateji tədqiqatlar üzrə dosenti Fotios Moustakis isə deyib ki, Rusiyanın ölkəni tamamilə işğal etmək arzusu və gücü yoxdur. Neytrallıq mövcud böhranı həll etmək üçün ən yaxşı seçimdir.

Nyukasl Universitetinin beynəlxalq siyasət üzrə baş müəllimi Katarin Rayt hesab edir ki, neytral Ukrayna mövcud münaqişənin sülh yolu ilə həlli və Rusiya işğalına son qoyulması üçün açar ola bilər. Rayt bunun uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizlik problemlərini həll etməyəcəyini və neytral Ukraynanın yenidən işğala məruz qalmamaq üçün NATO xaricində təhlükəsizlik əlaqələri axtarmalı ola biləcəyini vurğulayıb.

Ssenari 2. Vətəndaş müharibəsi baş verəcək

Kinqs Kollecinin Müharibə Araşdırmaları Departamentindən Mayk Martin iddia edib ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra ölkədə vətəndaş müharibəsi başlaya bilər. Silahlı polislərin öz aralarında döyüşə başlamasının mümkünlüyünü vurğulayan Martin Kiyevin bu ehtimala qarşı əvvəlcədən tədbir görməli olduğunu bildirib.

Ssenari-3: Hərbi bataqlıq

Bu, o deməkdir ki, Ukraynada müharibə davam edir. Ekspertlərin fikrincə, belə olan halda hər iki tərəfin hərbi itkiləri hədsiz dərəcədə artacaq. Şəhərlərin hədəfə alınması səbəbindən dinc əhali arasında itkilərin davam edəcəyi proqnozlaşdırılır.

Ssenari-4: Rusiya qələbə çala bilər

Bildirilir ki, Rusiya ordusunun irəliləməsi səngiyib. Lakin bəzi ekspertlərin fikrincə, hərbi üstünlüyə malik olan Rusiya yenə də qələbə qazana bilər. Adının açıqlanmasını istəməyən avropalı məmur deyib ki, Rusiya ordusu maddi-texniki problemlər yaşasa da, bütün bunlar Rusiya ordusunun üstünlüyünü dəyişmir. Moskvanın hərbi qüdrəti bəllidir.

Ssenari 5: NATO-ya hücum

Ekspertlər bildiriblər ki, NATO-ya hücum ən az ehtimal olunan ssenari olsa da, ən qorxulusudur. Ukrayna NATO üzvü olan dörd keçmiş Sovet ölkəsi ilə həmsərhəddir. ABŞ ötən həftələrdə Ukraynaya hərbi tədarükü kəsmək üçün Rusiyanın Belarus vasitəsilə NATO üzvü Polşanı hədəf ala biləcəyini açıqlamışdı.

Kiyev rejimi qeyri-real təkliflərlə danışıqlar prosesini uzatmağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Putin Almaniya kansleri Şoltsla baş tutan telefon danışığı zamanı deyib.