Ukrayna hərbi vəziyyət, irimiqyaslı tənzimləmə zamanı sahibkarlar üçün 0%-lə güzəştli kreditləşdirmə tətbiq edir, vətəndaşların əmanətlərinə 100% zəmanət verir.
Axar.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski deyib.
“İstənilən biznes hərbi vəziyyət müddəti və müharibədən sonra 1 ay müddətinə 0%-lə kredit götürə biləcək. Sonra kredit minimum 5%-lə hesablanacaq. Kreditin ümumi məbləği 60 milyon qrivnaya qədər ola bilər. Məqsəd bizim proqramdan istifadə edə biləcək biznes dairələrinin daha geniş olmasıdır”, - Zelenski bildirib.