Son xəbərlər

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 21 martda danışıqların növbəti raundu keçirilib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya mediaya açıqlamasında deyib.

O bildirib ki, görüş onlayn formada yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 12:30) baş tutub və 1,5 saat davam edib:

“Bundan sonra işçi qrupun görüşü olub. Bu gün bütün günü işləyəcəyik”.

Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın tərkibinə qaytarmağın dinc yolunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili növbəti məhkəmə prosesində deyib.

O bildirib ki, əgər Gürcüstan Avropa Birliyinə üzv olsa, Cənubi Osetiya və Abxaziya sakinləri bütün komplekslərdən xilas olaraq, Gürcüstana can atacaqlar:

“Onlar itirməkdən və mədəniyyətlərinin təhdidindən qətiyyən qorxmayacaqlar. Plan budur: yazda hakimiyyətin dəyişməsi, milli hakimiyyətin formalaşması, ilin sonuna qədər növbədənkənar seçikilərin keçirilməsi və Abxaziya və Cənubi Osetiyanın Gürcüstana inteqrasiyasının başlanması! Bu, Ukrayna hadisələri fonunda açılan tarixi qapıdır (AB-nin Gürcüstanın üzvlüklə bağlı müraciətini qəbul etməsi – red.)”.

Rusiya Müdafiə nazirinin müavini general-polkovnik Yunusbek Yevkurov Rusiya Qəhrəmanı ulduzunu Ukraynadakı əməliyyatlarda həlak olan desant Nurməhəmməd Hacıməhəmmədovun ailəsinə təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Qeyd edilib ki, təqdimat Mahaçqalada keçirilib.

Yevkurov baş leytenant Hacıməhəmmədovun gənc yaşda çox böyük qəhrəmanlıq göstərdiyini qeyd edib, belə igid yetişdirən ailəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, N.Hacıməhəmmədov Ukraynada başlayan müharibənin ilk günündən döyüşlərə göndərilib. Xüsusi əməliyyat zamanı o, mühasirəyə düşüb. Son gülləsinə qədər döyüşən baş leytenant əsir götürüldüyü anda əl qumbarası ilə özünü və onu əsir götürmək istəyən ukraynalı əsgərləri partladıb.

Putin 3 martda ona ölümündən sonra Rusiya Qəhrəmanı adı verib.