Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın tərkibinə qaytarmağın dinc yolunu açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili növbəti məhkəmə prosesində deyib.
O bildirib ki, əgər Gürcüstan Avropa Birliyinə üzv olsa, Cənubi Osetiya və Abxaziya sakinləri bütün komplekslərdən xilas olaraq, Gürcüstana can atacaqlar:
“Onlar itirməkdən və mədəniyyətlərinin təhdidindən qətiyyən qorxmayacaqlar. Plan budur: yazda hakimiyyətin dəyişməsi, milli hakimiyyətin formalaşması, ilin sonuna qədər növbədənkənar seçikilərin keçirilməsi və Abxaziya və Cənubi Osetiyanın Gürcüstana inteqrasiyasının başlanması! Bu, Ukrayna hadisələri fonunda açılan tarixi qapıdır (AB-nin Gürcüstanın üzvlüklə bağlı müraciətini qəbul etməsi – red.)”.