Son xəbərlər

ABŞ hər hansı şirkətdən Rusiyanı tərk etməyi xahiş etməyib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Cen Psaki deyib.

“Biz hər hansı şirkətdən Rusiyanın tərk etmək yönündə konkret addım atmağı xahiş etməmişik. Belə qərar qəbul edənləri alqışlamışıq. Bu, müstəqil qərardır”, - deyə Psaki bildirib.

Prezident Vladimir Putinlə görüşmədən Rusiyanın nəyə hazır olduğunu öyrənmək mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“İnanıram ki, hər hansı formatda bu görüş olmasa, siz həqiqətən də onların müharibəni dayandırmaq üçün nə etməyə hazır olduqlarını tam başa düşməyəcəksiniz”, - deyə dövlət başçısı bildirib.

Ekspertlər hipersəs silahlarından istifadəni Putinin NATO-ya xəbərdarlığı kimi qiymətləndirirlər.

Axar.az xəbər verir ki, bu barədə "Die Velt" məlumat yayıb.

Qeyd olunur ki, bu, Qərbi ciddi problem qarşısında qoyur. Moskva hərbi əməliyyat başlayandan bəri ilk dəfə olaraq “Xəncər”dən (Kinjal) istifadə etdiyini açıqlayıb. Bu raket səsdən onqat sürətlə uça bilir. Bu baxımdan, onu müəyyən etdikdən sonra reaksiya üçün vaxt çox az olur.

NATO və xüsusilə onun avropalı üzvləri Moskvanın hipersəs silahlarının təhlükələrindən xəbərdardırlar. Lakin hələ də buna qarşı effektiv sistemə malik deyillər. Çoxmilyardlıq sərmayə ilə Pentaqon səsdən 27 dəfə sürətli və Rusiya və Çin hipersəs silahlarını tutmaq imkanlarına sahib sistemlər yaratmağa çalışır. Avropada hipersəs silahları daha çox müzakirə olunur və ya elmi araşdırmalar aparılır.

"Ancaq sual budur ki, bu fundamental tədqiqatlar əsasında effektiv raket əleyhinə sistemlər hazırlamaq mümkün olacaqmı, əgər belədirsə, nə vaxt?" - məqalədə bildirilib.

Ukrayna Silahlı qüvvələrinin hərbçiləri Nikolayev vilayətində Rusiya ordusu tərəfindən işğal edilən kəndi geri qaytarıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

O, ərazidə düşmənə məxsus canlı qüvvə və texnikanın da məhv edildiyini bildirib.

Geraşenkoun sözlərinə görə, ukraynalı hərbçilərin gəldiyini görən düşmən uşaq bağçasında gizlənməyə çalışıb.

ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə bağlı qəbuledilməz açıqlaması iki ölkə münasibətlərini uçurumun kənarına gətirib çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Amerika liderinin yüksək çinli dövlət xadiminə yaraşmayan sözügedən açıqlaması iki ölkə münasibətlərinin kəsilməsinə gətirib çıxara bilər. Rusiyaya qarşı atılan düşmən xarakterli addım qəti və sərt şəkildə cavabını alacaq", - deyə XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, Bayden Putini hərbi cinayətkar və ölümcül diktator adlandırmışdı.

Xarkov şəhərinin bombalanması nəticəsində İkinci Dünya müharibəsi veteranı Boris Romançenko həlak olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ekspert Natiq Cəfərli yayıb.

O bildirib ki, Boris Romançenko Böyük Vətən müharibəsi (1941-45) zamanı əsir düşüb, Buçevald, Peenemünde, Dora və Bergen Belsen konslagerlərində olub, sağ qalıb, vətənə dönüb:

“Əsir düşdüyü üçün Stalin dövründə NKVD tərəfindən sorğu-suala çəkilib, incidilib, amma ordan da sağ çıxıb. Üç gün öncə isə 96 yaşında Kremlin "denasifikasıya" uydurmasına ilə Xarkovu bombalayarkən həlak olub. Dəhşətli taledir”.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

"Ukrayna Rusiyanın ultimatumunu yerinə yetirə bilməz. Bundan ötrü hamımızı məhv etmək lazımdır, o zaman onların ultimatumu yerinə yetiriləcək. Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi verməklə bağlı... Nə Xarkov, Mariupol, nə Kiyev, nə də mən - Prezident, biz bunu edə bilərik”, - Zelenski qeyd edib.