Ukrayna təkcə asanlıqla müdafiə olunmur, həm də ayrı-ayrı mövqelərdə hücuma da keçir.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Con Kirbi deyib.
Onun sözlərinə görə, ABŞ Kiyevin rus qoşunların tərəfindən mühasirəyə alındığını hesab etmir.
Kiyev Prezident Vladimir Zelenski ilə Çin sədri Si Szinpin arasında danışığı səbirsizliklə gözləyir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak çıxış edib.
“Çin dünyanın ən güclü dövlətlərindən biridir. Və Kiyev ümid edir ki, Pekin bu müharibənin sona çatmasında daha ciddi rol oynayacaq”, - Yermak qeyd edib.
Avropa enerji təchizatı məsələlərində daha müstəqil olmalıdır.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Biz AB olaraq enerji məsələlərində daha müstəqil olmalıyıq. Bu, bütün qurumların və üzv dövlətlərin ümumi mövqeyidir", - Şolts qeyd edib.
Avropa Komissiyası (AK) Ukraynadan qaçqın qəbul
Florida ştatında "Disney"in dörd əməkdaşı pedofiliya (azyaşlıları cinsi istismar edən) və insan alverində şübhəli bilinərək həbs olunub.
ABŞ Moskvadakı diplomatik missiyasını bağlamaq fikrində deyil.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
"Bildirmək istəyirəm ki, ABŞ-ın Moskvadakı səfirliyini bağlamaq, prezident Co Baydenin isə məni səfir kimi geri çağırmaq niyyəti yoxdur", - C.Sallivan qeyd edib.
Kremlin mətbuat katibi Dmitri Peskov “Komsomolskaya Pravda”nın 10 minə yaxın rus hərbçisinin Ukraynada ölməsi barədə yaydığı məlumatlara aydınlıq gətirmək istəməyib.
Axar.az xəbər verir ki, bu barədə “Meduza” məlumat verib.
“CNN-in jurnalisti Peskovdan “Komsomolskaya Pravda”nın yaydığı rəqəmlərlə bağlı açıqlama verməsini istəyib. Peskov isə belə cavab verib: “Açıqlama verə bilmərəm. Onu ” “Komsomolskaya Pravda”dan soruşun”, - nəşr bildirib.
Peskov bildirib ki, itkilərlə bağlı məlumatların açıqlanması yalnız Müdafiə Nazirliyinin səlahiyyətindədir.
İslam dünyasının hazırkı durumunun günahkarı kimdir? Başqalarını ittiham etmək ən asan işdir. Bəs özümüz?
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda keçirilən İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin XİN başçılarının iclasında deyib.
“Cənubi Kəşmirin statusunu və demoqrafik tərkibini dəyişdirmək təşəbbüsləri düzgün davranışdır? Bəs uyğur türklərinin hazırkı durumunu görməzlikdən gəlmək nə qədər doğrudur? İƏT olaraq biz ümumi mübarizələrimiz üçün çalışırıq. Vəzifəmiz ümumi mübarizələrimizdə bir-birimizin yanında olmaqdır”, - o vurğulayıb.