Türkiyə NATO üçün böyük siyasi və hərbi əhəmiyyət daşıyır.
Axar.az xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
"Ankara Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda əsas rol oynayır. Bu rolu üzərinə götürdüyü üçün Rəcəb Tayyip Ərdoğana təşəkkür edirəm", - Rutte qeyd edib.