Son xəbərlər

Ukraynada müharibə 2022-ci ilin aprelin 20-də başa çatacaq.

Axar.az xəbər verir ki, bunu ukraynalı məşhur numeroloq Vladislav Qritsay deyib.

Onun sözlərinə görə, ukraynalıların mental olaraq ruslar üzərində qələbə çaldığını söyləmək olar.

“Bu, 7-9 mart tarixlərində baş verib. Amma hər şey aprelin 20-də başa çatacaq. Lakin müharibənin başa çatması Donbas və Krımın konkret hüquqi statusu demək olmayacaq”, - numeroloq bildirib.

Rusiyanın “Novaya qazeta” nəşrinin redaktoru Dmitri Muratov ukraynalı qaçqınlara görə Nobel medalını satışa çıxarıb.

Kult.az xəbər verir ki, bu barədə Muratovun özü məlumat yayıb.

“Sizin üçün əziz və başqaları üçün qiyməti olanı təcili müalicəyə ehtiyacı olan qaçqınlar, yaralı və xəstə uşaqlarla bölüşmək lazımdır. “Novaya qazeta” və mən 2021-ci ildə aldığımız Nobel mükafatını ukraynalı qaçqınlara yardım fondu üçün satmaq qərarına gəldik. Onların sayı artıq 10 milyondan çoxdur”, - Muratov bildirib.

Türkiyənin Bingöl vilayətində güclü partlayış olub.

Axar.az xəbər verir ki, partlayış Bingöl Polis İdarəsinin Xüsusi Hərəkat Şöbəsində keçirilən bomba təlimi zamanı baş verib.

Hadisə zamanı 2 polisin ağır yaralandığı bildirilir.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Hər iki ölkə ilə əlaqələrimiz var. Bu toqquşmanın ən qısa vaxtda dayanmasını, atəşkəsin təmin olunmasını, regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynada davam edən müharibə haqda qeyd edib.

"Humanitar yardımlar da daxil olmaqla, indiyədək əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik. Bizim hansısa formada sanksiyalara əməl etməməyimiz müzakirə mövzusu deyil. BMT-nin sanksiyalarına uyğun davranırıq. Həmçinin tərəflərin görüşməsi, müzakirəsi və atəşkəsin təmin olunması üçün təmaslarımızı davam etdiririk”, - o bildirib.