Mariupolun mühasirəsinə Rusiya ordusunun general-polkovniki Mixail Mizintsev rəhbərlik edir.
Axar.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
“Putinin sevimlisidir. Əvvəllər o, Suriyadakı əməliyyatlara rəhbərlik edirdi. Məhz o, rus hərbçilərinə Mariupoldakı Dram Teatrını, doğum evini bombalamağı əmr edib”, - Geraşenko bildirib.
Qeyd edək ki, 2014-cü ildən Mixail Mizintsev Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə Mərkəzinə rəhbərlik edir. 2017-ci ildə isə general-polkovnik rütbəsi alıb.