Hər iki ölkə ilə əlaqələrimiz var. Bu toqquşmanın ən qısa vaxtda dayanmasını, atəşkəsin təmin olunmasını, regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynada davam edən müharibə haqda qeyd edib.
"Humanitar yardımlar da daxil olmaqla, indiyədək əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik. Bizim hansısa formada sanksiyalara əməl etməməyimiz müzakirə mövzusu deyil. BMT-nin sanksiyalarına uyğun davranırıq. Həmçinin tərəflərin görüşməsi, müzakirəsi və atəşkəsin təmin olunması üçün təmaslarımızı davam etdiririk”, - o bildirib.