Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılmasında Vatikanın vasitəçilik roluna inanıram.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb.
“Papa ilə danışdım. Əlahəzrətə ağır humanitar vəziyyət və rus qoşunlarının humanitar dəhlizləri mühasirəyə almasından danışdım. Biz Müqəddəs Taxt-Tacın insan əzablarına son qoymaqda vasitəçilik rolunu alqışlayardıq. Ukrayna və dünya üçün dualara görə təşəkkür etdim”, - Zelenski bildirib.