Rusiyanın “Novaya qazeta” nəşrinin redaktoru Dmitri Muratov ukraynalı qaçqınlara görə Nobel medalını satışa çıxarıb.
Kult.az xəbər verir ki, bu barədə Muratovun özü məlumat yayıb.
“Sizin üçün əziz və başqaları üçün qiyməti olanı təcili müalicəyə ehtiyacı olan qaçqınlar, yaralı və xəstə uşaqlarla bölüşmək lazımdır. “Novaya qazeta” və mən 2021-ci ildə aldığımız Nobel mükafatını ukraynalı qaçqınlara yardım fondu üçün satmaq qərarına gəldik. Onların sayı artıq 10 milyondan çoxdur”, - Muratov bildirib.