Rusiyada tank və zirehli texnika istehsal edən “Uralvaqonzavod” və "Çelyabinsk" zavodları fəaliyyətini dayandırıb.
Axar.az xəbər verir ki, “Defense Express” məlumat yayıb.
Məlumata görə, zavodların fəaliyyini dayandırmalarına səbəb xaricdə istehsal olunan zəruri komponentlərin olmamasıdır.
Qeyd edək ki, "Uralvaqonzavod" Rusiyada həm ordu, həm də ixrac üçün tankların seriyalı yığılmasını həyata keçirən yeganə müəssisədir.