Son xəbərlər

Ukrayna ordusunun 128-ci əlahiddə dağ-hücum briqadasının hərbçiləri Rusiya ordusunun polkovnik-leytenantını əsir götürüblər.

Axar.az xəbər verir ki, bu barədə 128-ci briqadanın hərbçisi Yaroslav Qalas Feysbuk səhifəsində yazıb.

“128-ci əlahiddə dağ-hücum briqadası döyüşlər zamanı Rusiya SQ-nin 58-ci ordusunun polkovnik-leytenantı Aleksandr Oleqoviç Koşeli əsir götürüb”, - Qalas bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın xarici işlər naziri Rəşid Mərədovla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu Tvitter səhifəsində yazıb.

Görüş Pakistanın paytaxtı İslamabad şəhərində baş tutub.

“İslam Əməkdaşlığı Təşkilatı xarici işlər nazirlərinin toplantısı üçün getdiyimiz İslamabadda günə Türkmənistan xarici işlər naziri Rəşid Mərədovla görüşlə başladıq”, - nazir bildirib.

Fransanın avtomobil şirkəti olan “Reno” Moskvadakı fabriklərində yenidən istehsala başlayıb.

Axar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

İddiaya görə, şirkət belə bir qərar qəbul edərkən Fransa hökumətindən də dəstək alıb.

Qeyd edək ki, “Reno”nun Fransadan sonra ən böyük bazarı Rusiya sayılır. Şirkət ölkənin avtomobil istehsalının 39,5 faizini qarşılayır.

Xatırladaq ki, “Reno” Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu ölkədəki fəaliyyətini dayandırmışdı.

Polşanın "Polskie Linie Lotnicze" (LOT) aviaşirkəti Azərbaycanın paytaxtı Bakıya birbaşa aviareyslər həyata keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə aviaşirkətin Tvitter səhifəsində deyilir.

Məlumata əsasən, aviaşirkətin Bakıya ilk uçuşu mayın 27-si Varşavanın Frederik Şopen adına hava limanından həyata keçiriləcək.

"Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri yerinə yetiriləcək", - deyə açıqlamada deyilir.

Rusiya ilə danışıqlarda razılaşdırılacaq məsələlər Ukraynada referenduma çıxarılmalıdır.

Axar.az xəbər verir ki, bu haqda Vladimir Zelenski açıqlama verib.

Zelenski buraya təhlükəsizlik zəmanətlərinin, müvəqqəti işğal olunmuş Donbas və Krım kimi ərazilərin gələcək taleyi ilə bağlı məsələlərin daxil olduğunu qeyd edib.

İsrailin Baş naziri Naftali Bennett öncədən elan olunmamış səfərlə Misirə gəlib.

Axar.az xəbər verir ki, burada o, Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.

Məlumata əsasən, bu, N.Bennettin vəzifəyə gəlməsindən sonra Misirə artıq ikinci səfəridir. Birinci səfər ötən ilin sentyabr ayında baş tutub.