Ukrayna ordusunun 128-ci əlahiddə dağ-hücum briqadasının hərbçiləri Rusiya ordusunun polkovnik-leytenantını əsir götürüblər.
Axar.az xəbər verir ki, bu barədə 128-ci briqadanın hərbçisi Yaroslav Qalas Feysbuk səhifəsində yazıb.
“128-ci əlahiddə dağ-hücum briqadası döyüşlər zamanı Rusiya SQ-nin 58-ci ordusunun polkovnik-leytenantı Aleksandr Oleqoviç Koşeli əsir götürüb”, - Qalas bildirib.