Polşanın "Polskie Linie Lotnicze" (LOT) aviaşirkəti Azərbaycanın paytaxtı Bakıya birbaşa aviareyslər həyata keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə aviaşirkətin Tvitter səhifəsində deyilir.
Məlumata əsasən, aviaşirkətin Bakıya ilk uçuşu mayın 27-si Varşavanın Frederik Şopen adına hava limanından həyata keçiriləcək.
"Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri yerinə yetiriləcək", - deyə açıqlamada deyilir.