İsrailin Baş naziri Naftali Bennett öncədən elan olunmamış səfərlə Misirə gəlib.
Axar.az xəbər verir ki, burada o, Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.
Məlumata əsasən, bu, N.Bennettin vəzifəyə gəlməsindən sonra Misirə artıq ikinci səfəridir. Birinci səfər ötən ilin sentyabr ayında baş tutub.