Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın xarici işlər naziri Rəşid Mərədovla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu Tvitter səhifəsində yazıb.
Görüş Pakistanın paytaxtı İslamabad şəhərində baş tutub.
“İslam Əməkdaşlığı Təşkilatı xarici işlər nazirlərinin toplantısı üçün getdiyimiz İslamabadda günə Türkmənistan xarici işlər naziri Rəşid Mərədovla görüşlə başladıq”, - nazir bildirib.