Florida ştatında "Disney"in dörd əməkdaşı pedofiliya (azyaşlıları cinsi istismar edən) və insan alverində şübhəli bilinərək həbs olunub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə CBS məlumat yayıb. Həbslər altı gün davam edən əməliyyat nəticəsində baş tutub. 14 yaşlı qız "Disney"ə məxsus istirahət mərkəzlərinin birində işləyən xilasedici ilə yazışmaları araşdırılıb. Məlum olub ki, işçi vəzifəsindən istifadə edib və azyaşlı ilə nalayiq yazışmaları olub, sonra isə ona çılpaq fotolarını göndərib.
Bundan başqa şirkərin daha üç əməkdaşı cinsi istismarda ittiham olunub. Onlardan ikisi İT mütəxəssisi, biri isə şirkətin üçün "Starlight Cosmic Ray" kafesində çalışıb.
Həbslərin ardından "Disney" üç işçisini ödənişsiz məzuniyyətə göndərib, digər təqsirləndirilən şəxsi isə tanımaqdan imtina edib. Əməliyyat zamanı ümumilikdə 108 nəfər tutulub.