İslam dünyasının hazırkı durumunun günahkarı kimdir? Başqalarını ittiham etmək ən asan işdir. Bəs özümüz?
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda keçirilən İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin XİN başçılarının iclasında deyib.
“Cənubi Kəşmirin statusunu və demoqrafik tərkibini dəyişdirmək təşəbbüsləri düzgün davranışdır? Bəs uyğur türklərinin hazırkı durumunu görməzlikdən gəlmək nə qədər doğrudur? İƏT olaraq biz ümumi mübarizələrimiz üçün çalışırıq. Vəzifəmiz ümumi mübarizələrimizdə bir-birimizin yanında olmaqdır”, - o vurğulayıb.