Avropa Komissiyası (AK) Ukraynadan qaçqın qəbul
edən Avropa İttifaqı ölkələrinə qurumun büdcəsindən 3 milyard avro ayırmağı təklif edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Humanitar Forumunda çıxışı zamanı deyib.
"Biz Ukraynadan olan qaçqınları qəbul edən üzv ölkələrimizə dəstək üçün əlavə 3 milyard avro ayırmağı təklif edirik", - o deyib.
Onun sözlərinə görə, artıq Aİ-yə Ukraynadan təxminən 3,5 milyon qaçqın gəlib və bu, Avropa tarixində onilliklər ərzində ən pis humanitar böhrana çevrilib.