Kremlin mətbuat katibi Dmitri Peskov “Komsomolskaya Pravda”nın 10 minə yaxın rus hərbçisinin Ukraynada ölməsi barədə yaydığı məlumatlara aydınlıq gətirmək istəməyib.
Axar.az xəbər verir ki, bu barədə “Meduza” məlumat verib.
“CNN-in jurnalisti Peskovdan “Komsomolskaya Pravda”nın yaydığı rəqəmlərlə bağlı açıqlama verməsini istəyib. Peskov isə belə cavab verib: “Açıqlama verə bilmərəm. Onu ” “Komsomolskaya Pravda”dan soruşun”, - nəşr bildirib.
Peskov bildirib ki, itkilərlə bağlı məlumatların açıqlanması yalnız Müdafiə Nazirliyinin səlahiyyətindədir.