Ukrayna Milli Bankı xarici valyuta hesablarından pul nağdlaşdırılması limitini 3 dəfə artırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni qərarla gündəlik limit 30 min qrivendən (təxminən 1730 manat) 100 min qrivenə (təxminən 5765 manat) qədər artırılıb.
Bu limit Ukrayna banklarında açılmış hesablardakı xarici valyutanın ölkədən çıxarılmasına da aiddir.