Son xəbərlər

Bir neçə gün əvvəl Türkiyəyə getdim və Prezident Ərdoğanla görüşdüm. Türkiyə Rusiya və Ukrayna arasında danışıqları asanlaşdırmaq üçün real səy göstərir.

Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

"Türkiyə Ərdoğanla birlikdə vasitəçi rolunu nümayiş etdirən ən açıq ölkə və liderdir. Ərdoğanın Putinlə münasibəti var. O, eyni zamanda ABŞ ilə də Putin mövzusunda ona kömək edə biləcək gərgin münasibətə sahibdir. Türkiyə də NATO üzvüdür. İndiki vəziyyətdə hər iki tərəf ona güvənir”, - Stoltenberq bildirib.

Bu gün mən Knessetdə bütün deputatlara və hökumət rəsmilərinə müraciət etdim. Amma hər şeydən əvvəl mən sizin adınızdan, bütün ukraynalılar adından danışdım, əminəm ki, bizi başa düşən İsrail xalqı ilə danışdım.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Təbii ki, İsrailin öz maraqları, vətəndaşlarını qorumaq strategiyası var. Biz bunu başa düşürük. İsrailin baş naziri Naftali Bennet Rusiya ilə danışıqlar yolu tapmağa çalışır. Və buna görə minnətdarıq. Gec-tez biz Rusiya ilə bəlkə də Qüdsdə görüşə başlayacağıq. Bu, sülh tapmaq üçün doğru yerdir. Bu gün rus təbliğatçılarının işi kifayət qədər çətindir. Axı bu, tarixdə ilk dəfədir ki, xarici dövlət başçısı Knessetlə videobağlantı vasitəsilə danışır. Moskvada nasizmdə ittiham olunan Ukrayna Prezidenti Zelenski Knessetdə İsrail xalqı qarşısında çıxış edib. Hətta bu fakt Moskvada işlərin nə qədər yanlış olduğunu göstərir", - Zelenski bildirib.

Roma Papası Fransisk Ukraynanı dəstəklədiyini bildirib və müharibəyə öyrəşməməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında Ukrayna dilində paylaşım edib.

“Gəlin bu səbirli xalqın yanında olaq və onlar üçün dua edək. Sizdən xahiş edirəm ki, müharibəyə və zorakılığa alışmayasınız, nəinki indi, hətta qarşıdakı həftələrdə və aylarda da...” - Papa yazıb.

Tvit artıq 1500-dən çox bəyənmə və 400-dən çox repost toplayıb.

Bu günə qədər Belarusa 2 minə yaxın ukraynalı qaçqın gəlib. Qırmızı Xaçın köməyinə isə 288 qaçqın birbaşa müraciət edib.

Axar.az xəbər verir ki, bunu Belarus Qırmızı Xaç Cəmiyyətinin baş katibi Dmitri Şevtsov deyib.

Şevtsov bildirib ki, Belarusa əsasən qadınlar və uşaqlar gəlir, onlar Qomel vilayətindəki sanatoriyalarda yerləşdiriliblər:

"Bəzən görürük ki, maşınlar acınacaqlı vəziyyətdədir, maşınlar güllə deşikləri ilə, şüşələri sınmış halda gəlir”.

Ukraynada 3 gürcü hərbçi həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari arxi" telekanalı məlumat yayıb.

Bildirilib ki, Baxva Çikobava, Giya Beriaşvili və David Ratiani "Azov" alayında xidmət ediblər.

Baxva Çikobava Mariupolda, Giya Beriaşvili və David Ratiani isə İrpen şəhərində döyüşlər zamanı həlak olublar.

"Rosqvardiya"nın Vladimir vilayəti üzrə SOBR xüsusi dəstəsinin komandir müavini, polkovnik Sergey Savvatayev Ukraynada öldürülüb.

Axar.az xəbər verir ki, Savvatayev və dəstəsinin olduğu hərbi karvan Ukrayna ordusu tərəfindən bombalanıb.

Müharibə edən tərəflər arasında diplomatik əlaqələrin yaranması üçün səy göstərən Türkiyə prosesdə qazanan ölkə ola bilər.

Axar az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

“Müharibənin nə zaman bitəcəyi dəqiq deyil. Buna görə də prosesdə qazanan ölkələrdən biri də Türkiyə ola bilər. Rusiya Qərb şirkətlərin əvəzinə türk şirkətlərini seçə bilər. Bundan başqa, Rusiyadan çıxan ABŞ şirkətlərinin yeni ünvanı Türkiyə ola bilər”, - qəzet yazır.