Ukraynadakı müharibə məsələsində Çinin mövqeyi ədalətli və obyektivdir, əksər dövlətlərin istəklərinə cavab verir və Çin tərəfi ardıcıl olaraq dünya sülhünü müdafiə edir.
Axar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilir ki, tarix Çinin doğru tərəfdə olduğunu zamanla göstərəcək:
"Xatırladaq ki, martın 18-də Si Szinpinlə Co Bayden arasında söhbət olub. Si Szinpin amerikalı həmkarı ilə söhbəti zamanı deyib ki, hər iki ölkə dünya sülhü üçün məsuliyyəti öz üzərinə götürməlidir. Prezidentin də vurğuladığı kimi, heç kim Ukraynada müharibə görmək istəmir”.