Döyüşçülərimiz Ukraynada döyüşmür.
Axar.az xəbər verir ki, bu sözləri Hizbullah lideri Həsən Nəsrullah “Əl Məyadin” telekanalına açıqlamasında deyib.
“Hizbullahdan heç kim - döyüşçü və ya mütəxəssis müharibənin getdiyi yerdə yoxdur”, - Nəsrullah bildirib.
Qeyd edək ki, bir müddət öncə Ukrayna Baş Qərargahı Rusiyanın hərbi əməliyyatlara Bəşər Əsədin muzdluları ilə yanaşı Hizbullah döyüşçülərini də cəlb etdiyini bildirmişdi.
Ukrayna ordusu bir çox istiqamətlərdə Rusiya qoşunlarının qarşısını alıb.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib.
"Ukrayna Silahlı Qüvvələrinin cəsurluğu və hazırlığı sayəsində işğalçı qoşunların demək olar, bütün istiqamətlərdə fəaliyyəti dayandırıldı. Xarkov vilayətində çətin döyüşlər, xüsusə İzum yaxınlığında ağır hərbi əməliyyatlar gedirdi. Rus qoşunları hətta ora təlim mərkəzlərindən hərbçilər göndəriblər. Tam hazırlıqsız kontingent. Döyüşdə yarım saat belə dözə bilməyən insanlar”, - prezident videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, ordu Kiyev, Sum və Çerniqov vilayətlərində, eləcə də Ukraynanın cənubunda düşmənin qoşununu dayandırıb:
"Kiyev, Sum, Çerniqov vilayətlərində, ölkəmizin cənubunda ordu işğalçıları dayandırdı. Rusiya hərbçilərinin dövlətimizi ələ keçirmək üçün ilkin planı iflasa uğradı. Və hiss olunur ki, onlar bizimlə nə etmək mümkün olduğunu bilmirlər. Görünür, onların hərbi komandirləri siyasi liderlərinə bizi əldən salmaq, Ukraynanı tükəndirmək üçün qəddar və yanlış taktikadan başqa bir şey təklif edə bilmirlər”.
Prezident qeyd edib ki, “onların (Rusiya -red) hərbçilərinin bu taktikası yalnız həmin ölkə üçün vəziyyəti gərginləşdirir.
"Marvel" komikslərinin ən qədim kitab nüsxəsi onlayn auksionda 2,4 milyon dollardan çox qiymətə satılıb.
Rusiya Ukraynaya müdaxilə edərkən ciddi səhvə yol verdi.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Lloyd Ostin CNN-ə müsahibəsində deyib.
O bildirib ki, ruslar istədikləri sürətlə hərəkət edə bilmirlər:
“Onların logistika ilə bağlı problemi var və mən taktiki kəşfiyyatdan yaxşı istifadə və aviasiya ilə yerüstü manevrlərin inteqrasiyasına aid sübut görmürəm. Bəzi şeylər var ki, onları müşahidə edəcəyimizi gözləyirdik, ancaq bu baş vermədi”.
Ostinin sözlərinə görə, Ukrayna Rusiyanın ölkənin əhəmiyyətli hissəsini, o cümlədən Kiyevi işğal etmək planını planlarının qaşısını almağı bacarıb:
“Fikrimcə, Rusiya hesab edirdi ki, onlar sürətlə hərəkət edəcəklər və qısa müddətdə Kiyevi tutacaqlar. Ancaq onlar bunu bacarmadı”.
Hazırda Çin və ABŞ arasında münasibətlər əvvəlki Amerika administrasiyasının yaratdığı dalandan hələ də çıxmayıb və əksinə, daha böyük çətinliklərlə üzləşib.
Axar.az xəbər verir ki, bunu Çin sədri Si Szinpin ABŞ Prezidenti Co Baydenlə danışığında bildirib.
“Xüsusilə təhlükəli olan odur ki, ABŞ-da bəzi insanlar Tayvan tərəfdarı olan müstəqillik qüvvələrinə yalan siqnallar göndərirlər”, - Szinpin söyləyib.
Çin sədri həmçinin qeyd edib ki, Çin və ABŞ bir-birinə hörmət etməli, dinc yanaşı yaşamalı və qarşıdurmadan qaçmalı, bütün səviyyələrdə və bütün sahələrdə qarşılıqlı fəaliyyət və dialoqu gücləndirməlidirlər.
Cənubi Koreyanın məşhur məişət texnikaları istehsalçısı LG Elektroniks Rusiyaya mal tədarükünü tamam dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Şirkət cərəyan edən prosesləri yaxından izlədiyini bəyan edib.
Rusiya və Belarus diplomatlarına Brüssel və Strasburqda AB-nin binalarına giriş qadağan edilib.
Axar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Robert Metsola Tvitter səhifəsində yazıb.
“Bu gündən Rusiya və Belarusun diplomatik və dövlət qulluqçularının Avropa Parlamentinin binalarına girişi qadağan edilib. Demokratiya Evində demokratik nizamı məhv etmək istəyənlərə yer yoxdur”, - Metsola bildirib.
Yaponiyanın "Toyota Motor" şirkəti ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar 11 zavodda istehsalatı müvəqqəti dayandırır.
ABŞ Prezidenti Co Baydenlə Çin sədri Si Szinpin arasında video formatda görüş olub.
Axar.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Ukraynada gedən son prosesləri də nəzərdən keçiriblər.
Tərəflər müharibənin dayandırılması istiqamətində qarşılıqlı səylərin artırılmasının vacibliyindən danışıblar.
Rusiya sülhü əziz tutan, onu qoruyan və şərlə mübarizə aparan ölkədir və Rusiya xalqını qorxutmaq olmaz.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.
“Qorxmaq olmaz, çünki sevgi və imanla yaşayırıq”, - Zaxarova q eyd edib.