Yaponiyanın "Toyota Motor" şirkəti ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar 11 zavodda istehsalatı müvəqqəti dayandırır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, zavodun yerləşmə mövqeyindən asılı olaraq məhdudiyyət martın 21-dən 23-dək davam edə bilər.
Xatırladaq ki, martın 17-də Yaponiyanın şimal-şərqində, Fukusima prefekturası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində 4 nəfər həlak olub, 220-dən çox şəxs xəsarət alıb.