Hazırda Çin və ABŞ arasında münasibətlər əvvəlki Amerika administrasiyasının yaratdığı dalandan hələ də çıxmayıb və əksinə, daha böyük çətinliklərlə üzləşib.
Axar.az xəbər verir ki, bunu Çin sədri Si Szinpin ABŞ Prezidenti Co Baydenlə danışığında bildirib.
“Xüsusilə təhlükəli olan odur ki, ABŞ-da bəzi insanlar Tayvan tərəfdarı olan müstəqillik qüvvələrinə yalan siqnallar göndərirlər”, - Szinpin söyləyib.
Çin sədri həmçinin qeyd edib ki, Çin və ABŞ bir-birinə hörmət etməli, dinc yanaşı yaşamalı və qarşıdurmadan qaçmalı, bütün səviyyələrdə və bütün sahələrdə qarşılıqlı fəaliyyət və dialoqu gücləndirməlidirlər.