Ukraynada olan döyüşçülərimiz artıq “düşmən” mövqelərini tamamilə mühasirəyə alıblar.
Axar.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
"Cəsur qardaşımız Beno Ukraynanı banderadan və millətçilərdən təmizləmək üçün şərəfli yolunu davam etdirir. Bu gün o, mənə bildirdi ki, mühüm uğurlar əldə edilib", - Kadırov yazıb.
Ukraynalı aparıcı Faxrudin Şarafmal (Fəxrəddin Şərəfmal) hərbi dostunun ölüm xəbərini efirdən verərkən ağlayıb.
Axar.az xəbər verir ki, o, hərbçi Pavellə dost olduğunu deyib.
O bildirib ki, jurnalist kimi xəbəri soyuqqanlı vermək vəzifəsidir, ancaq özünü saxlamaq indiki vaxtda çox çətindir.
Ukrayna xalqının rus işğalçılarına güclü mqaviməti davam edir. Artıq müəyyən analizlər etmək mümkündür. Hazırkı vəziyyət belədir: düşmənin Ukrayna ərazilərinin dərinliklərinə hücum intensivliyi dayanıb. Siz onların xəbərlərini də görürsünüz – artıq aktiv döyüşlərin intensivliyi aşağı düşüb.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, düşmən ciddi itkilər verib və hazırda şəxsi heyəti komplektləşdirmək və hərbi hissələri yenidən qruplaşdırmaq məcburiyyətindədir:
“Düşmən nəticə çıxarır və bizim reallıqları öyrənir, amma hücum əməliyyatından əl çəkməyib. Hazırda onlar nəyəsə nail olmaq istəyir ki, komandanlıqlarına məruzə edə bilsinlər. Ona görə də müvəqqəti olaraq işğal olunmuş ərazilərin sərhədlərində möhkəmlənməyə çalışırlar. Və burada yerli ictimaiyyətin mövqeyi son dərəcə vacibdir. Tokmak, Melitopol, Xerson - düşmənin belə planlarını həyata keçirməsinə imkan vermir”.
Malyar qeyd edib ki, düşmən şəhərləri, kəndləri, mülki infrastukturu məhv edir:
“Məqsəd bizi qorxutmaq və sındırmaqdır. Amma Ukrayna xalqı sınan deyil. Bəli, müharibə - sınaqdır, itkidir. Ancaq biz bunlardan keçəcəyik və qələbə çalacağıq – heç bir şübhəniz olmasın”.
Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Axar.az-ın məlumatına görə, 86 kq-dakı Abubakr Abakarov finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.
Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Müharibədə Zəfər qazanılandan - Azərbaycan işğal altındakı torpaqlarını azad edəndən sonra Azərbaycanla Türkiyə bölgədə sülhə və sabitliyə tərəfdar olduqları ilə bağlı mövqelərini açıq şəkildə ifadə ediblər.
Axar.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumla bağlı keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan nazir Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan münasibətlərin normallaşması üçün sülh əlini uzadıb:
“Azərbaycan kimi Ermənistanın da sülh mövqeyi göstərməsini gözləyirik”.
Nazir Mövlud Çavuşoğlu bir daha diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə bölgədəki proseslər, o cümlədən Ermənistanla münasibətlərin normallaşmasına dair bütün addımları atırlar.
Belçika 2 həftə ərzində rusların 2,7 milyard avroluq bank hesablarını dondurub.
Axar.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Bildirilib ki, Belçika həmçinin ruslara aid ümumi dəyəri 7,3 milyard avro olan hesab əməliyyatlarını da bloklayıb. Beləliklə, ümumilikdə rusların Belçikadakı 10 milyard avroluq aktivləri dondurulub.
Ukraynanın Mariupol şəhərindəki Sultan Süleyman məscidinə sığınan vətəndaşlarımızla əlaqə saxlayırıq. Məscidə heç bir ziyan dəyməyib. Biz Lavrovdan təxliyə üçün dəstək istədik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Qeyd edək ki, Mariupoldakı Sultan Süleyman məscidinə bu gün səhər saatlarından etibarən 30 nəfər Türkiyə vətəndaşı sığınıb. Məscidin 700 metrliyinə rus ordusu tərəfindən bomba atılıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya gəlib və İvankovdadır.
Axar.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
“Əbəs yerə mən Kadırovu Ukraynaya çağırmamışam. Biz ki belə razılaşmamışdıq, Ramzan! Sən uzaq İvankovda zirzəmidə gizlənməli deyilsən. Tanka otur, Kiyevə hücum elə”, - Geraşenko bildirib.
Ukrayna konflikti daha da genişlənə bilər, çünki ABŞ Prezidenti Baydenin administrasiyasında Rusiya lideri Putinlə danışa biləcək adam yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.
“Zəifliyinə, qorxaqlığına və bacarıqsızlığına baxmayaraq, Baydenin amerikalıları bu dəhşətli və qanlı müharibəyə soxmadan, hələ də Ukraynadakı faciəyə son qoymaq imkanı var Yeri gəlmişkən, Ukraynadakı konflikt Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər”, - Tramp Cənubi Karolinanın Florensiya şəhərində tərəfdarları qarşısında çıxışında bildirib.
Tramp təklif edib ki, Vaşinqton Moskvanı ildırımsürətili nəticələrlə hədələməlidir - məsələn, nəhayət, Qərbin Rusiya enerjisindən asılılığını aradan qaldırmalıdır:
“İndi Putinlə danışa biləcək adam yoxdur. Mən prezidentlik vaxtımda sizin Putinlə danışacaq adamınız var idi. Mənim şəxsiyyətim bizi müharibədən xilas etdi”.
Səudiyyə Ərəbistanı rəsmiləri qətl, zorlama və terror fəaliyyətləri də daxil olmaqla ağır cinayətlərdə ittiham olunan 81 nəfərə qarşı ölüm hökmünu icra edib.