Səudiyyə Ərəbistanı rəsmiləri qətl, zorlama və terror fəaliyyətləri də daxil olmaqla ağır cinayətlərdə ittiham olunan 81 nəfərə qarşı ölüm hökmünu icra edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə mətbuat agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məhkum edilmiş 81 nəfərin hər biri müxtəlif ağır cinayətlərdə, o cümlədən günahsız kişilərin, qadınların və uşaqların öldürülməsi, işgəncə, zorlama, silah qaçaqmalçılığı, xarici terror təşkilatlarına sədaqət andı içməkdə ittiham olunub.
Qeyd olunur ki, istintaq mərhələsində və məhkəmədə cinayət törətməkdə şübhəli bilinən şəxslərin hər biri vəkillə təmin edilib və Səudiyyə Ərəbistanı qanunlarına uyğun olaraq bütün hüquqlarının qorunmasl təmin edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2021-ci ildə 67 nəfər, 2020-ci ildə 27, 2019-cu ildə 185 nəfər edam edilib.