Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun 18-ci günündəyik.
14 milyard dollarlıq sərvətimin 8 milyardını Ukraynaya dəstək üçün xərcləmişəm.
Axar.az xəbər verir ki, bunu ukraynalı iş adamı, milyarder Rinat Axmetov “Forbes” jurnalına müsahibəsində deyib.
O, hazırda sərvətinin 6 milyard dollardan aşağı düşdüyünü bildirib.
Ölkəsinin mübarizəsini dəstəklədiyini deyən Axmetov qeyd edib ki, onun fondu ukraynalıları su, yemək, dərmanla təmin edir. Milyarder ölkəsini tərk etmək fikrində olmadığını da bildirib.
Avtomobil brendi "Hyundai" İngiltərənin "Çelsi" klubu ilə sponsorluq müqaviləsini pozub.
Bu gün Ermənistanın yeni seçilən prezidenti Vaaqn Xaçatryanın andiçmə mərasimi keçirilib.
Axar.az xəbər verir ki, Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyan mərasimə qatılmaqdan imtina edib. Birinci və dördüncü prezidentlər – Levon Ter-Petrosyan və Armen Sərkisyanın isə tədbirdə iştirakı ilə bağlı hər hansı məlumat yoxdur.
Qeyd edək ki, V.Xaçatryan 3 martda parlamentdə keçirilən təkrar seçkilərdə prezident seçilib. Hakim Mülki Müqavilə fraksiyasının namizədi olan Xaçatryanın seçkisini Köçəryan və Sərkisyanın fraksiyaları boykot edib.
Sülhməramlıların müvəqqəti olduğu Azərbaycan ərazisində Ermənistan hərbçiləri tərəfindən törədilən təxribatların əsas səbəbi birmənalı şəkildə üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasıdır. Çünki 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin orada yerləşdirilməsi ilə paralel olaraq Ermənistan hərbçiləri həmin ərazidən tam çıxarılmalı idi. Biz görürük ki, onlar tam çıxarılmayıb.
Axar.az xəbər verir ki, bu fikirləri “Haber Global”a müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Əlavə olaraq bizim hərbçilərimiz vaxtaşırı erməni hərbçilər tərəfindən bəlli mühəndis istehkam işlərinin aparılmasını müşahidə edirlər. Yəni onlar öz mövqelərini yaxşılaşdırmaq istəyirlər. Təbii, hər kəs başa düşür ki, Azərbaycan ərazisində bunu etmək qəbuledilməzdir və bu barədə onlara dəfələrlə xəbərdarlıq olunub. Buna cavab olaraq onlar tərəfindən təxribatlar törədilir. Belə olan təqdirdə təbii ki, Azərbaycan Silahlı Qüvvələri buna adekvat cavab verirlər və verəcəklər”, - Ceyhun Bayramov qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski və İsrailin Baş naziri Naftali Bennett arasında telefon danışığı olub.
Serbiya Rusiya ilə aktiv hava əlaqəsi saxladığı üçün xarici təzyiqlərlə üzləşir.
Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.