Ukrayna Prezidenti Vladimir Zelenski və İsrailin Baş naziri Naftali Bennett arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Zelenski rəsmi Tvitter səhifəsində yazıb.
"Mən İsrailin baş naziri ilə dialoqu davam etdirdim. Biz Rusiyanın təcavüzündən və sülh danışıqlarının perspektivlərindən danışdıq. Dinc əhaliyə qarşı təcavüzü dayandırmalıyıq. Bennettdən Melitopolun əsirlikdə olan bələdiyyə sədrinin və yerli nümayəndələrinin azad edilməsinə köməklik göstərməsini xahiş etdim”, - Zelenski yazıb.