Ukrayna ilə danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Biz strateji dönüş nöqtəsinə çatmışıq, artıq qələbəyə doğru gedirik.
Ukraynada barəsində cinayət işi açılan sabiq prezident Pyotr Poroşenko Vladimir Zelenskini dəstəklədiyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən İnstaqram məhdudiyyət qoyulmasını tələb edib.
Axar.az xəbər verir ki, bu barədə “Interfaks” yazıb.
Bildirilib ki, qurum həmçinin məhkəmələr vasitəsilə “Meta”nı ekstremist təşkilat kimi tanımaq istəyir.
G7 ölkələri həmişə yeni sanksiyaların hazırlandığını deyir.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov G7-nin Rusiyaya qarşı hazırlayacağı sanksiya paketi ilə bağlı danışarkən deyib.
“Gözləyək və görək. G7-də yeni sanksiyaların hazırlandığı ilə bağlı davamlı bəyanatlar verilir. Sanksiyalar tətbiq olunsa, onlara cavab verəcəyik”, - Peskov bildirib.
Rusiya lideri Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlara könüllülərin cəlb edilməsi barədə təkliflə razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə qərar Təhlükəsizlik Şurasının hazırda davam edən iclasında qəbul edilib.
Putin, həmçinin Şoyqunun müharibədə qənimət kimi ələ keçirilən Qərb istehsalı olan hərbi texnikaların Donbasa verilməsi təklifini dəstəkləyib.
Ukraynanın Avropa Birliyinə daxil olması proseduru ölkə ərazisində münaqişəyə son qoymayacaq və birliyə qoşulmaq qərarı bir neçə günə verilməyəcək.
Axar.az xəbər verir ki, bunu Yelisey sarayının nümayəndəsi “Monde” qəzetinə bildirib.
“41 milyon insanın yaşadığı Ukraynanı qəbul etmək həftə sonu verilən qərar deyil. Üzvlük proseduru müharibəyə son qoymayacaq”, - mənbə bildirib.
Qeyd olunur ki, Rusiyada Ukraynanın Avropa Birliyinə daxil olması təxribat və avropalıların Moskvanı qıcıqlandırması kimi qəbul olunacaq. Ukraynanın AB-yə daxil olması proseduru digər üzvlük namizədlərində olduğu kimi, illər boyu uzana bilər.
Avropa liderləri Ukraynanın Birliyə üzvlüklə bağlı müraciətinə baxılmasının nəticələrini gözləmədən, Kiyevlə əlaqələrini gücləndirəcəklərini bildiriblər. Fransa Prezidenti Emmanuel Makron isə vurğulayıb ki, Ukraynanın AB-yə qəbulu proseduruna indi başlamaq mümkün deyil.
Böyük Britaniya Luqansk və Donetsk separatçı qurumlarının “müstəqilliyinə” səs verən Rusiya Dumasının 386 deputatına sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə XİN açıqlama yayıb.
Vladimir Putinlə Vladimir Zelenskinin görüşünü heç kəs istisna etmir. Ancaq nümayəndə heyətləri və nazirlər elə etməlidirlər ki, dövlət başçılarının görüşü nəticəli olsun, daha görüş naminə yox.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Ukrayna və Rusiya liderlərinin görüşünün mümkünlüyü barədə danışarkəın deyib.
O bildirib ki, Rusiyanın mövqeyi qəti və aydındır, Ukrayna tərəfinə görüşdə təqdim edilib və cavab gözləyirik.
Qeyd edək ki, bundan öncə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Putin və Zelenskinin erkən görüşünün mümkün ola biləcəyini demişdi.
Ukrayna Prezidenti Vladimir Zelenski Antalya Diplomatiya Forumuna onlayn formada qatılacaq və iştirakçılara video-müraciət edəcək.