Son xəbərlər

İnformasiya təhlükəsizliyi sahəsində dünyanın ən iri proqram sistemləri istehsalçılarından biri olan Çexiyanın “Avast” şirkəti Rusiya və Belarusdakı fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Ukraynada baş verən hadisələrə görə “Avast” Rusiya və Belarusda bütün marketinq və satış fəaliyyətlərini dayandırdı. Bu qərar bizim üçün asan olmadı. Biz 20 ilə yaxındır Rusiyada məhsullarımızı satırıq. Şirkətimiz hər il 2,2 milyon dollar vergi ödəyirdi”, - şirkətin məlumatında bildirilib.

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş başlayıb.

Axar.az "Belta"ya istinadən xəbər verir ki, gündəliyə qarşılıqlı əməkdaşlıq, sanksiyalara qarşı birgə mübarizə, Ukrayna ətrafındakı durum daxildir.

“Donetsk xalq respublikası”nın silahlı qüvvələri Volnovaxa şəhərinə nəzarəti ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN-nin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

“Olginka, Velika-Anadol, Zeleni Qay yaşayış məntəqələri də nəzarətə götürülüb, altı kilometrə qədər irəliləmə olub. Mariupolun mühasirəsi davam edir, şərq, şimal və qərb istiqamətlərində ümumən 800 metr irəliləyiş qeydə alınıb”, - o bildirib.

Türkiyənin Sivas şəhərinin Gürün rayonunda sərnişin avtobusu aşıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 4-ü ağır olmaqla 36 nəfər yaralanıb.

Məlumata görə, İstanbuldan Diyarbəkirə gedən sərnişin avtobusu qar və yolun buzlu olması səbəbindən aşıb.

Faktla bağlı araşdırma aparılır.

10:16

Rusiya ordusu bu gün səhər saatlarında yüksək dəqiqlikli və uzaqmənzilli raketlərlə Ukrayna hərbi obyektlərinə zərbələri davam etdirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi İqor Konaşenkov məlumat yayıb.

“11 mart səhər uzaq mənzilli və yüksək dəqiqlikli raketlərlə Lutsk və İvano-Frankivsk aerodromları məhv edilib”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Lutsk şəhərinin meri İqor Polişçuk Lutsk aerodromu istiqamətində partlayışlar baş verdiyini bildirmiş, sosial şəbəkələrdə isə rus ordusunun Dnepr şəhərini atəşə tutması barədə informasiya yayılmışdı.

“Disney” şirkəti Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyadakı fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd olunub ki, qərara məhsul lisenziyası, “Disney Cruise Line” əməliyyatları, “National Geographic” jurnalı və tur əməliyyatları daxildir.

Son sutkada Rusiya ordusu Ukraynada 107 hərbi obyekti məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov məlumat yayıb.

“Məhv edilən hərbi obyektlərdən 14-ü silah-sursat anbarı, 11-i hərbi texnikanın yığıldığı məkandır”, - o bildirib.

Konaşenkov son sutkada Ukraynanın 3 Mi-24 helikopteri və 8 PUA-sının (5-i “Bayraqdar TM-2”) da vurulduğunu deyib.

Hücum əməliyyatını genişləndirən Rusiya ordusu Petrovsk-Yevgenovka-Oktyabrsk xəttinə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Bildirilib ki, son sutkada Rusiya ordusu 17 km irəliləyib.