İnformasiya təhlükəsizliyi sahəsində dünyanın ən iri proqram sistemləri istehsalçılarından biri olan Çexiyanın “Avast” şirkəti Rusiya və Belarusdakı fəaliyyətini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Ukraynada baş verən hadisələrə görə “Avast” Rusiya və Belarusda bütün marketinq və satış fəaliyyətlərini dayandırdı. Bu qərar bizim üçün asan olmadı. Biz 20 ilə yaxındır Rusiyada məhsullarımızı satırıq. Şirkətimiz hər il 2,2 milyon dollar vergi ödəyirdi”, - şirkətin məlumatında bildirilib.