İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitter hesabında yazıb.
“Biz Azərbaycanın müxtəlif bölgələrində yerləşən xəstəxanalarına 1 tondan çox tibbi avadanlıq bağışlamışıq. Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik”, - diplomat bildirib.
09:39
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri bu ölkənin 3213 hərbi obyekti məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov məlumat verib.
O bildirib ki, məhb edilən hərbi obyektlər içərisində 98 təyyarə, 118 PUA, 1041 tank və digər hərbi zirehli maşın, 113 reaktiv yaylım atəşli sistem, 389 artilleriya və minaatan, 843 xüsusi hərbi avtomobil var.
Bu gün çeçen xüsusi təyinatlılarının qorxmaz komandanı Ukraynada növbəti yaşayış məntəqəsinin “azad edilməsi” barədə mənə məlumat verdi.
Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.
“Bir nəfər də olsun yerli sakin çeçen döyüşçülərinə zərrə qədər belə qəzəb bildirməyib. Əksinə, əhali hər zaman döyüşçülərimizi böyük qonaqpərvərlik və mehribanlıqla qarşılayır", - Kadırov yazıb.
O əlavə edib ki, nə atıcı silahlar, nə minaatanlar, nə də “Bayraqdar”lardan açılan ağır atəşlər çeçen xüsusi təyinatlılarının irəliləyişini ləngidə bilməz.
ABŞ Şimali Koreyanın 26 fevral və 4 mart tarixlərində nisbətən yeni qitələrarası ballistik raketi sınaqdan keçirdiyi qənaətinə gəlib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının adı açıqlanmayan yüksək çinli məmuru deyib.
O hesab edir ki, yeni sınaqlar KXDR tərəfindən ciddi eskalasiyadır.
Ukraynada müharibənin sona çatması ilə bağlı yekun qərarı Rusiya Prezidenti Vladimir Putin verəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın CNN-ə müsahibəsində deyib.
“Bu mövzuda səylərimizi əsirgəməyəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğan müharibənin başlamasından bəri Rusiya və Ukraynadan olan həmkarları ilə daim əlaqədədir. Ukrayna tərəfi Rusiya ilə strateji səviyyəli görüşlər keçirmək niyyətindədir. Bunun nə zaman baş verəcəyini bilmirəm. Rusiya xarici işlər naziri Sergey Lavrov Putinin Zelenski ilə görüşdən çəkinməyəcəyini söyləyib. Bunu müsbət siqnal olaraq qəbul edirəm. Yəni toplantının yaxın gələcəkdə baş tutacağına dair zəmin yaranır. Gec və ya tez. Lakin biz asanlaşdırıcı rol oynamağa davam edəcəyik. Müharibənin sona çatması üçün yekun qərarı Putin verəcək”, - Türkiyə rəsmisi bildirib.
ABŞ Prezidenti Co Bayden Ukraynadakı əməliyyata cavab olaraq bu gün Rusiyaya qarşı yeni tədbirləri açıqlayacaq.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, Baydenin Rusiya ilə normal ticarət əlaqələrinə son qoymağa və Rusiya idxalına tətbiq edilən rüsumların artırılmasına çağırış edəcəyi iddia olunur.
Yaponiya və bütün dünya İkinci Dünya Müharibəsindən sonra ən böyük böhranla üzləşə bilər.
Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kisida deyib.
“Ukrayna ətrafında baş verən hadisələrə görə ölkəmiz və bütün dünya İkinci Dünya Müharibəsindən sonra ən böyük böhranla üzləşə bilər”, - baş nazir bildirib.