Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar Çinin Rusiyadan neft almasını da məhdudlaşdıracaq.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
“Dollar və avro ilə iş aparan Çin maliyyə institutları sanksiyaların təsirindən narahatdır. Çin hakimiyyəti hələ ki, Moskvaya qarşı sanksiyaların təsirini qəsdən azaltmağa və ya kompensasiya etməyə çalışmır”, - Yellen bildirib.
Nazir əlavə edib ki, sanksiyaların təsiri altında Rusiya iqtisadiyyatının həcmi azalır.